Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Laçın rayonunun Şamkənd inzibati ərazi vahidində olan kənd Qarabağ silsiləsinin ətəyindədir. Oykonimin türk mənşəli orman (meşə) sözünün variantı olduğu ehtimal

Çorman (Laçın)

  • Ana Səhifə
  • Çorman (Laçın)

Çorman — Azərbaycan Respublikasının Laçın rayonunun Şamkənd kənd inzibati ərazi dairəsində kənd.

Çorman
39°51′36″ şm. e. 46°26′56″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Şərqi Zəngəzur iqtisadi rayonu
Rayon Laçın rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Çorman xəritədə
Çorman
Çorman

Mündəricat

Etimologiyası

Laçın rayonunun Şamkənd inzibati ərazi vahidində olan kənd Qarabağ silsiləsinin ətəyindədir. Oykonimin türk mənşəli orman (meşə) sözünün variantı olduğu ehtimal edilir. Bəzi tədqiqatçılara görə, Çorman emotoponimdir, çor tayfasının adını əks etdirir.

El arasında Çorman adlanan bu yaşayış məntəqəsi müəyyən vaxtlarda müxtəlif adlarla adlandırılırdı. Yuxarı Çorman, Təzə Çorman kimi daha çox məşhur olan kənd adından da göründüyü kimi ərazidə bu adda ikinci bir kəndin olduğuna işarə edilir.

Tarixi

Çorman kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur.

Cümhuriyyətin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra Azərbaycan SSR-nin Zəngəzur qəzasının, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsində təsis edilmiş Kürdüstan mahalının (sonradan qəza) tərkibində olmuşdur. 8 aprel 1929-cu ildə Kürdüstan qəzası ləğv edildir və yeni yaradılmış Laçın rayonunun tərkibinə daxil edilmişdir.

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və işğalçılar tərəfindən bütün yaşayış, sosial və təsərrüfat təyinatlı tikililər tamamilə yandırılmış və dağıdılmışdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Əhalisi

2006-cı ilin statstikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur. 2009-cu il dekabr ayına olan məlumata əsasən kənd sakinlərinin sayı 332 nəfər (85 ailə), 2015-ci ilin yanvar ayında aparılan siyahıyaalma zamanı isə kənd sakinlərinin sayı 345 nəfərdir (93 ailə).

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq idi.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 07, 2026

    Səngəçal terminalı

  • Aprel 20, 2026

    Azərbaycan–İndoneziya münasibətləri

  • Aprel 11, 2026

    Oqtay Əsədov

  • Aprel 09, 2026

    Bülbül (müğənni)

  • May 29, 2026

    Ortarus yüksəkliyi

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst