Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Çoxpartiyalı sistem — səsvermə hüququ olan vətəndaşların bir çox siyasi partiya arasında seçim edə bildiyi idarəetmə sistemidir. Çoxpartiyalı sistemlər demokrat

Çoxpartiyalı sistem

Vikipediya, azad ensiklopediya
1956-cı il Fransa Ümumi Seçki qrafiki

Çoxpartiyalı sistem — səsvermə hüququ olan vətəndaşların bir çox siyasi partiya arasında seçim edə bildiyi idarəetmə sistemidir. Çoxpartiyalı sistemlər demokratik və plüralist modellər hesab olunur. Bu sistem müasir dövrdə demokratik dəyərlərə sahib olan əksər hökumətlərdə tətbiq edilir. Tarixi mənbələrə görə, bu sistemin ilk rüşeymləri Qədim Yunanıstan şəhər-dövlətlərində görülmüşdür. Müasir dövrdə bəzi monarxiya ilə idarə olunan siyasi strukturlarda, hətta bəzi diktatura rejimlərində belə qismən və neopolitik formada bu sistemin elementlərinə rast gəlmək mümkündür.

Xüsusiyyətləri

Çoxpartiyalı sistemin müəyyənedici xüsusiyyəti siyasi həyatda ikidən çox partiyanın aktiv və təsirli olması, lakin onlardan heç birinin hakimiyyəti təkbaşına və daimi olaraq əlində saxlaya bilməməsidir. Hükumət müxtəlif partiyalar arasında ya təkpartiyalı, ya da koalisiya şəklində əl dəyişdirir. Bu sistem cəmiyyət strukturunun çoxşaxəli, çoxmillətli və multikultural olduğu ölkələrdə təsisatlaşmış bir modeldir.

Üstünlükləri

Çoxpartiyalı həyat demokratiyanın ayrılmaz tərkib hissəsi hesab olunur. Plüralist demokratiyalarda insanlar öz azad düşüncələri istiqamətində ölkə rəhbərliyində söz sahibi ola biləcək partiyalar qura bilirlər.

  • Nəzarət mexanizmi: İdarəetmə tək bir siyasi qrupun əlində olmadığı üçün dövlət orqanları üzərində nəzarət imkanları artır.
  • Alternativlik: Müxtəlif siyasi partiyalar tək bir ideologiyanın hegemonluğuna mane olur, fərqli fikirlərə söz haqqı verirlər.
  • Nümayəndəlik: Cəmiyyətdəki bir çox düşüncə qrupu parlamentdə iştirak etmək şansı əldə edir.

Çatışmazlıqları

Bəzi hallarda heç bir partiya mütləq çoxluğu təmin edə bilmir, bu isə koalisiya hökumətlərinin yaradılmasını zəruri edir.

  • Qeyri-stabillik: Koalisiyalar daxili fikir ayrılıqlarına görə tez-tez dağıla bilər, bu da siyasi sabitliyə xələl gətirir.
  • Qərar qəbulu: Kəskin fikir ayrılıqları mühüm dövlət qərarlarının sürətli qəbul edilməsinə mane olur.

Növləri

  • Mülayim çoxpartiyalı sistem: Ölkədəki partiyalar arasında ideoloji fərqlər çox dərin deyil. Mövcud rejimə qarşı kəskin müxalif meyllər zəifdir. Niderland, İsveç və Norveç kimi ölkələrdə partiyalar adətən iki cinahda qruplaşır və hakimiyyət bu iki blok arasında dəyişir. Bu, "ikiqütblü partiya sistemi" də adlanır.
  • Kəskin çoxpartiyalı sistem: Bir-biri ilə uyuşmayan və kəskin ziddiyyət təşkil edən geniş ideoloji spektrli partiyalar mövcuddur. Radikal cinahlar qütbləşməyə yol açır və partiyalar arasında rejimin fundamental məsələləri üzərində konsensus çox zəifdir. Bu sistemdə tez-tez hökumət böhranlarına rast gəlinir.
Üst