Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Çöl Göylər (əvvəlki adı: Göylər Çöl) — Azərbaycan Respublikasının Şamaxı rayonunun Göylər kənd inzibati ərazi dairəsində kənd. Kənd Göylər bələdiyyəsinə aiddir.

Çöl Göylər

40°25′23″ şm. e. 48°36′47″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Çöl Göylər
40°25′23″ şm. e. 48°36′47″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Dağlıq Şirvan iqtisadi rayonu
Rayon Şamaxı rayonu
Bələdiyyə Göylər bələdiyyəsi
Əhalisi
Əhalisi 312 nəfər (2011)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 5622
Çöl Göylər xəritədə
Çöl Göylər
Çöl Göylər

Çöl Göylər (əvvəlki adı: Göylər Çöl) — Azərbaycan Respublikasının Şamaxı rayonunun Göylər kənd inzibati ərazi dairəsində kənd. Kənd Göylər bələdiyyəsinə aiddir.

Coğrafiyası

Çöl Göylər kəndi rayon mərkəzindən — Şamaxı şəhərindən 30 km cənubda, kənd inzibati ərazi dairəsinin mərkəzi — Göylər Dağ kəndindən 10 km məsafədə, Ləngəbiz silsiləsinin cənub–qərb ətəyində, Şirvan düzündə yerləşir.

Azərbaycanın Şamaxı rayonunun Göylər kənd inzibati ərazi dairəsinə Göylər Dağ, Acıdərə, Çöl Göylər, Yenikənd kəndləri daxildirlər, Göylər Dağ kəndi isə bu kənd inzibati ərazin dairəsinin mərkəzidir.

Tarixi

Azərbaycan toponimlərinin ensiklopedik lüğətinə əsasən, "Göylər Çöl" oykoniminin birinci komponenti Səlcuq oğuzlarının salor tayfasına mənsub göglər qolunun adını əks etdirir, ikinci komponent isə kəndin düzənlikdə yerləşdiyini göstərir. Lüğətdə qeyd olunur ki, XIX əsrin ortalarına aid hadisələri əks etdirən mənbələrin məlumatına görə, Pirmərdəkan dağında yarımköçəri həyat keçirən 96 ailəli göylər tayfasından bir hissəsinin dağlıq zonada, digər hissəsinin isə düzənlikdə (çöllükdə) məskunlaşması nəticəsində iki kənd yaranmışdır. Lüğətə əsasən, oykonim "düzənlikdə olan Göylər kəndi" deməkdir.

Sovet vaxtında 1977-ci il üçün tərtib olunmuş Azərbaycan SSR-nın inzibati ərazi bölgüsündə Şamaxı rayonunun Göylər kənd Sovetinin tərkibində Göylər Çöl kəndi qeyd olunur. Kəndin əhalisi taxılçılıq və heyvandarlıqla məşğul idi. Kənddə səkkizillik və ibtidai məktəb, tibb məntəqəsi var idi.

Hal–hazırda, Çöl Göylər kəndi Azərbaycanın Şamaxı rayonunun Göylər kənd inzibati ərazi dairəsinə daxildir.

İqtisadiyyatı

Kəndin əhalisi əkinçilik və heyvandarlıqla məşğul olur. Kənddə tam orta məktəb, klub var.

Əhalisi

1981-ci il üçün kəndin 400 nəfər əhalisi olmuşdur. 2011-ci il üçün kəndin əhalisi 312 nəfər təşkil edirdi.

Tarixi abidələri

Kənddə çoxtəbəqəli "Təpədibi" yaşayış yeri, Pirəbağdad türbəsi, qəbiristan var. Qalacıq yaşayış yeri (3–13 əsrlər) ətraf ərazidə yerləşir.

Üst