| Çöl qartalı | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Eukariotlar Klad: Amorphea Klad: Obazoa Klad: Opisthokonta Klad: Holozoa Klad: Filozoa Klad: Choanozoa Aləm: Heyvanlar Yarımaləm: Eumetazoylar Klad: ParaHoxozoa Klad: İkitərəflisimmetriyalılar Klad: Nephrozoa Tipüstü: Sonağızlılar Tip: Xordalılar Sinif: Quşlar İnfrasinif: Yenidamaqlılar Klad: Neoaves Klad: Passerea Klad: Telluraves Klad: Accipitrimorphae Dəstə: Qırğıkimilər Fəsilə: Qırğılar Yarımfəsilə: Qartallar Cins: Qartal Növ: Çöl qartalı | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Çöl qartalı (lat. Aquila nipalensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Status
Azərbaycanda sayı azalan nadir, köçəri növdür.
Yayılması
Köçmə zamanı Xəzərin sahilində və respublikanın başqa aran rayonlarında təsadüf edilir. Dunay çayının aşağı axarında, Qazaxıstanın şimalında və Sibirin cənub-qərbində yuvalayır. Afrikada və başqa isti ölkələrdə qışlayır.
Yaşayış yeri
Açıq sahələrdə yaşayır. Xam torpaqların istifadə edilməsi çöl qartalının yaşayış yerlərini azaldır.
Təbiətdə sayı
Dəqiq məlumat yoxdur. Adətən 250 – 300 km məsafədə 2 - 3 çöl qartalına təsadüf olunur.
Çoxalması
Azərbaycanda yuvalamır.
Rəqibi, düşməni, xəstəliyi
Məlum deyil.
Sayının dəyişilmə səbəbləri
Uzun müddət insan tərəfindən təqib edilməsi, xam torpaqların əkin sahələrinə çevrilməsi, gəmiricilərə qarşı kimyəvi mübarizə üsulunun tətbiq edilməsi çöl qartalının sayını azaldır.
Qorunması üçün zəruri tədbirlər
Növün qorunmasını daha geniş təbliğ etmək, köçmə zamanı gəmiricilərə qarşı kimyəvi mübarizəni məhdudlaşdırmaq lazımdır.
Həmçinin bax
- Qartal
- İran quşları
- 1833-cü ildə təsvir edilən quşlar
- Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər
- Afrika quşları
- Azərbaycan quşları
- Banqladeş quşları
- Beynəlxalq Qırmızı Kitab
- Çin quşları
- Hindistan quşları
- Nepal quşları
- Pakistan quşları
- Palearktik fauna
- Qazaxıstanın dövlət rəmzləri
- Qırğılar (yarımfəsilə)
- Qırmızı kitaba görə az qayğı tələb edən növlər
- Rusiya quşları
- Türkiyə quşları
