| Çınqıllıtəpə dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 826,3 m |
| Yerləşməsi | |
| 39°07′45″ şm. e. 45°24′45″ ş. u.HGYO | |
| Ölkə | |
| Vilayət | |
| Çınqıllıtəpə dağı | |
Çınqıllıtəpə dağı – Babək rayonu ərazisində dağ (hünd. 826,3 m). Naxçıvan dağarası çökəkliyinin tərkib hissəsi olan Naxçıvan düzünün cənub-şərqində, Naxçıvançayın mənsəbində, Nehrəm kəndindən 4 km-ədək şimal-qərbdə, Araz su qovşağı su anbarının şərq sahilindədir. Orta Miosenin Konka regiomərtəbəsinə aid Tumbul lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş erozion-denudasion mənşəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında yerləşir.
Həmçinin bax:
- Qapıcıq dağı
- Cindağ (Şahbuz)
- Ağrıdağ
- Ağqaya (Babək rayonu)
Kateqoriyalar:
- Əlifba sırasına görə dağlar
- Babək rayonunun dağları