Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ülvi Baxşəliyev 8 aprel 1972-ci ildə anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 2005-ci ildə Sumqayıt Dövlət Univer

Ülvi Baxşəliyev

Vikipediya, azad ensiklopediya
Ülvi Baxşəliyev
Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Vəzifədədir
9 dekabr 2023-cüildən
Şəxsi məlumatlar
Doğum tarixi 8 aprel 1972(1972-04-08) (54 yaş)
Təhsili
  • Bakı Dövlət Universiteti,
  • Sumqayıt Dövlət Universiteti
Fəaliyyəti diplomat

Ülvi Vaqif oğlu Baxşəliyev (8 aprel 1972) — Azərbaycan diplomatı. Azərbaycanın Moldovadakı səfiri.

Həyatı

Ülvi Baxşəliyev 8 aprel 1972-ci ildə anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 2005-ci ildə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsindən məzun olub.

Rus, ingilis və fars dillərini bilir.

Karyerası

2001-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin ikinci Şərq İdarəsinin attaşesi olub. 2001-2006-cı illərdə Azərbaycanın İrandakı səfirliyinin üçüncü katibi, 2006-2009-cu illərdə isə Azərbaycan Xarici İşlər Nazirliyinin İkinci Şərq İdarəsinin birinci katibi kimi çalışıb. 2009-2012 və 2013-2017-ci illərdə Azərbaycanın Polşadakı səfirliyinin müşaviri kimi fəaliyyət göstərib. 2012-2013-cü illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin ikinci Avropa Direktorluğunun şöbə müdiri, 2017-2018-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin İkinci Avropa İdarəsinin rəis müavini, 2019-2021-ci illərdə isə Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

2021-ci il iyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. Həmin tarixdə prezidentin digər sərəncamları ilə Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi təyin edilib.

2023-cü il dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Üst