Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ülvi Quliyev (tam adı: Quliyev Ülvi Zahid oğlu, 17 sentyabr 1966, Bakı) — Azərbaycan Milli Məclisinin III, IV, V, VI və VII çağırış deputatı, Gənclər və idman,

Ülvi Quliyev

Vikipediya, azad ensiklopediya
Ülvi Quliyev
Azərbaycan Milli Məclisinin III, IV, V, VI və VII çağırış deputatı
2005 2023
Azərbaycan Karate-do Federasiyasının prezidenti
1992 1997
Azərbaycan Karate-do Federasiyaları Assosiyasiyasının (AKFA) prezidenti
1997 2023
AKFA -nın hüquqi varisi Azərbaycan Karate Federasiyasının prezidenti
Vəzifədədir
2023-cüildən
Şəxsi məlumatlar
Doğum adı Quliyev Ülvi Zahid oğlu
Doğum tarixi 17 sentyabr 1966(1966-09-17) (59 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Tibb Universiteti,
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti atlet, siyasətçi
Atası Zahid Quliyev

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı

Ülvi Quliyev (tam adı: Quliyev Ülvi Zahid oğlu, 17 sentyabr 1966, Bakı) — Azərbaycan Milli Məclisinin III, IV, V, VI və VII çağırış deputatı, Gənclər və idman, Səhiyyə komitəsinin üzvü, Azərbaycan Karate Federasiyasının prezidenti , karate idman növü üzrə 8-ci dan qara kəmər sahibi.

Həyatı

Ülvi Quiyev 17 sentyabr 1966-cı ildə Bakı şəhərində, professor Zahid Quliyevin ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri , Nəsimi rayonu 9 saylı orta məktəbi bitirmişdir. 1983–1988-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.

Ailəlidir, 2 övladı var. Dilçilik elimləri doktoru, professor Zahid Quliyevin oğludur.

İdman fəaliyyəti

Karate idman növü üzrə VIII Dan qara kəmər sahibi, Karate idman növü üzrə Avropa və Dünya çempionudur. Azərbaycan Respublikasının "Əməkdar İdman ustası", Azərbaycan Respublikasının "Əməkdar Məşqçi", Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 5 mart tarixli Sərəncamı ilə "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" fəxri adına layiq görülüb. 1992–1997-ci illərdə Azərbaycan Respublikası Karate-do Federasiyasının prezidenti, 1997-ci ildən 2023-cü ilə qədər Azərbaycan Karate-do Federasiyaları Assosiyasiyasının prezidenti olmuş, 2023-cü ildən isə Azərbaycan Karate-do Federasiyaları Assosiyasiyasının (AKFA) hüquqi varisi Azərbaycan Karate Federasiyasının prezidentidir. Eyni zamanda Dünya Karate Federasiyasının (WKF) üzvüdür.

İctimai-siyasi fəaliyyəti

1988-ci ildən aptekdə provizor, baş provizor, aptek müdiri işləmişdir. 2002-ci ildən Dövlət Gömrük Komitəsinin şöbə rəisi, 2005-ci ildə "Gömrükçü" İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini(Gömrük Xidməti, Polkovnik-Leytenantı) vəzifələrində çalışmışdır.

2005-ci ildə 21 saylı Nəsimi 1-ci seçki dairəsindən (III çağırış- Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü), 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən(IV çağırış- Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü), 2015-ci ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən (V çağırış)deputat seçilib və Gənclər və idman komitəsinin sədr müavini vəzifəsində çalışıb. 2018-ci ildə Gənclər və idman komitəsinin Sədri seçilmişdir. 2020-ci ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən (VI çağırış -Gənclər və idman komitəsinin, Səhiyyə komitəsinin üzvü) deputat seçilmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının üzvü, Almaniya Federativ Respublikası, Belçika, Böyük Britaniya, Çexiya, Koreya, Rusiya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Bitərəfdir.

Üst