Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ümmü İshaq binti Təlhə ibn Ubeydullah (ərəb. أم إسحاق بنت طَلحَة بن عُبَيد الله‎) — Təlhənin qızı və Həsən ibn Əlinin xanımlarından biri idi. Həsən ibn Əlinin v

Ümmü İshaq binti Təlhə ibn Ubeydullah

  • Ana Səhifə
  • Ümmü İshaq binti Təlhə ibn Ubeydullah

Ümmü İshaq binti Təlhə ibn Ubeydullah (ərəb. أم إسحاق بنت طَلحَة بن عُبَيد الله‎) — Təlhənin qızı və Həsən ibn Əlinin xanımlarından biri idi. Həsən ibn Əlinin vəfatından sonra o, Həsənin qardaşı Hüseyn ibn Əli ilə evləndi.

Ümmü İshaq
Ümmü İshaq binti Təlhə ibn Ubeydullah
أم إسحاق
Həyat yoldaşları
  • Həsən ibn Əli
    (670-ci ildə olan ölümünə qədər)
  • Hüseyn ibn Əli
    (670-ci ildən ölümünə qədər)
  • Təmmam ibn Abbas ibn Əbdülmüttəlib
  • Abdullah ibn Məhəmməd ibn Əbdürrəhman ibn Əbubəkr
Uşaqları

Hüseyn əl-Əhram ibn Həsən
Təlhə ibn Həsən
Fatimə binti Həsən
Fatimə əl-Kübra binti Hüseyn

Əminə binti Abdullah
Atası Təlhə ibn Ubeydullah
Anası əl-Cərbə binti Kəsamə
Milliyyəti ərəb
Dini İslam

Bioqrafiya

Ümmü İshaq Təlhə ibn Ubeydullahın qızı idi. Onun Qureyşin ən gözəl qadınlarından olduğu bildirilir. Ümmü İshaq Həsən ibn Əlinin həyat yoldaşlarından idi. Həsən qətlə yetirildikdən sonra Hüseyn ibn Əli ilə evləndi. Hüseyn qətlə yetirildikdən sonra Abdullah ibn Məhəmməd ibn Əbdürrəhman ibn Əbubəkrlə evləndi. Deyilənə görə, Abdullahla bu evlilikdən əvvəl o, Təmmam ibn Abbas ibn Əbdülmüttəliblə evlənmişdi.

Uşaqları

Ümmü İshaqın Həsən ibn Əlidən üç övladı var idi: Hüseyn (əl-Ətram adı ilə tanınırdı), Təlhə ibn Həsən və Fatimə binti Həsən. Onun Hüseyndən bir qızı da var idi: Fatimə əl-Kübra. O, həmçinin Abdullah ibn Məhəmməd ibn Əbdürrəhman ibn Əbubəkrdən Əminə adlı bir qızı dünyaya gətirdi.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 04, 2026

    Qacar dövləti

  • Aprel 05, 2026

    Krım yarımadası

  • Aprel 02, 2026

    Çin dili

  • Aprel 03, 2026

    Əliağa Şıxlinski

  • Mart 28, 2026

    Ülvi Bünyadzadə

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst