| İlkin Həsəni | |
|---|---|
| | |
| Doğum tarixi | |
| Doğum yeri | Sabirabad, Azərbaycan SSR, SSRİ |
| Milliyyəti | azərbaycanlı |
| Vətəndaşlığı | |
| Fəaliyyəti | televiziya aparıcısı, aktyor, prodüser |
| Fəaliyyət illəri | 2001—h.h. |
| Təhsili | Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti |
| IMDb | ID7165458 |
İlkin Həsəni (21 oktyabr 1983, Sabirabad, Azərbaycan SSR) — televiziya aparıcısı, aktyor, prodüser.
Həyatı
İlkin Həsəni 1983-cü il oktyabrın 21-də anadan olub. Nəsimi rayonu 35 və 164 saylı məktəblərdə rus, son 3 sinfi isə Nərimanov rayonu 2 saylı Dəmir Yolu Liseyində Azərbaycan dili bölməsində təhsil alıb. 2000-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kinooperatorluq fakültəsinə daxil olub. 2000–2001-ci illərdə peşəkar foto sənətinə yiyələnib, 2001-ci ildə Gənclər və Turizm Nazirliyinin keçirdiyi fotomüsabiqədə 3-cü, 2001-ci ilin noyabrında Fransanın Strasburq şəhərində keçirilən fotomüsabiqədə isə 1-ci yerə layiq görülüb. 2001-ci ildən televiziya rejissorluğu fakültəsində təhsilini davam etdirib. Elə həmin ildən Azad Azərbaycan Televiziyasında çalışmağa başlayıb. 106 FM radiosunda xəbər diktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra televiziya aparıcısı olub.
"Virtual Time" (106 Fm), "Çox maraqlı", "ATV Maqazin", "Yeni ulduz", "Sözüm var", "Bizim səhər", "Xalq ulduzu", "AutoTime" kimi verilişlərin aparıcısı, "Bozbash Pictures" layihəsinin və Şəmi müəllim obrazının müəllifidir.
İlkin Həsəni 2013-cü ildə hal-hazırda direktoru olduğu "İlk Media" şirkətini təsis edib. 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında Velosiped İdman növü üzrə ulduz səfir seçilmişdir. 2006–2007-ci illərdə Azərbaycan Sərhəd Qoşunlarında hərbi xidmətdə olub və xidmətini baş çavuş rütbəsi ilə başa vurub.
Layihələri
Aktyor kimi
- "Moskva-Bakı" qatarı (film, 2005)
- Bozbash Pictures (2011–2018)
- Ay brilliant (film, 2015)
- Axırıncı yol (film, 2016)
- Stalinin başı (film, 2016)
- Palata 106 (2016–2017)
- Bir Xalanın Sirri (film, 2018)
- Bombaltı (film, 2019)
Baş prodüser kimi
- Bozbash Pictures (2011–2018)
- Ay brilliant (film, 2015)
- Axırıncı yol (film, 2016)
- Stalinin başı (film, 2016)
- Palata 106 (2016–2017)
- Bir Xalanın Sirri (film, 2018)
- Bombaltı (film, 2019)
- Buğlama (2018–2022)
- Yaşayan insanlar
- 21 oktyabrda doğulanlar
- 1983-cü ildə doğulanlar
- Əlifba sırasına görə film sənətçiləri
- Azərbaycanın televiziya aparıcıları
- Azad Azərbaycan TV-nin jurnalistləri
- Azərbaycan komediyaçıları
- XXI əsr Azərbaycan aktyorları