Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

İnsest (lat. incestus — «cinayətkar, təqsirli») — yaxın qan qohumları (valideynlər və uşaqlar, qardaşlar və bacılar) arasında cinsi əlaqə. Bu fərdlərin bir-biri

İnsest

  • Ana Səhifə
  • İnsest

İnsest (lat. incestus — «cinayətkar, təqsirli») — yaxın qan qohumları (valideynlər və uşaqlar, qardaşlar və bacılar) arasında cinsi əlaqə. Bu fərdlərin bir-biri ilə evlənməsi qanun və ya adət-ənənə ilə qadağan edilmişdir. İnsest cəmiyyətlərdə hüquqi problemdən çox emosional məsələ olduğuna görə bundan bəhs edərkən ümumi olaraq qadağa əvəzinə tabu termininə üstünlük verilir. İnsest antropologiyada universal olaraq qəbul edilir, baxmayaraq ki, bu, müxtəlif cəmiyyətlərdə fərqli şəkildə tətbiq edilir və onun pozulmasına dair məlumat cəmiyyətdən cəmiyyətə geniş şəkildə fərqlənən reaksiyalara səbəb olur.

Misir fironu Tutanxamon ögey bacısı Anhesenamon ilə evlənmişdir.

Ümumiyyətlə, iki insan arasında genetik əlaqə nə qədər yaxındırsa, onlar arasında cinsi əlaqəni qadağan edən və ya çəkindirən tabu bir o qədər güclü və daha yüksək yüklüdür. Belə ki, ata ilə qız, ana ilə oğul və ya qardaş ilə bacı arasında cinsi əlaqə demək olar ki, hər yerdə qadağandır. Əmi ilə qardaşı/bacısıqızı və ya xala ilə qardaşı/bacısıoğlu arasında cinsi əlaqə də ümumiyyətlə tabu hesab edilir. Bəzi cəmiyyətlərdə xalaoğlu, xalaqızı, əmioğlu, əmiqızı, dayıoğlu, dayıqızı, bibioğlu və bibiqızı arasında münasibətlər də qadağandır.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Yunan mifologiyası

  • Mart 27, 2026

    Nüvə silahı

  • Mart 26, 2026

    Azərbaycan himni

  • Mart 29, 2026

    Röya

  • Mart 27, 2026

    Əli Ömərov

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst