| İran qulançarı | ||||||||
|---|---|---|---|---|---|---|---|---|
| Elmi təsnifat | ||||||||
| Domen: Eukariotlar Klad: Diaphoretickes Ranqsız: Arxeplastidlər Aləm: Bitkilər Klad: Streptofitlər Klad: Ali bitkilər Klad: Çoxsporlu bitkilər Klad: Borulu bitkilər Klad: Toxumlu bitkilər Klad: Çiçəkli bitkilər Klad: Birləpəlilər Dəstə: Qulançarçiçəklilər Fəsilə: Qulançarkimilər Yarımfəsilə: Qulançarkimilər Cins: Qulançar Növ: İran qulançarı | ||||||||
| Beynəlxalq elmi adı | ||||||||
| ||||||||
| ||||||||
İran qulançarı (lat. Asparagus persicus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Arealı
Volqa çayında və Cənubi Qafqazın şərqinə, Şimali İrana və Şərqi Sibirə qədər olan ərazilərdə, sahilyanı tuqay meşələrində.
Botaniki xarakteristikası
Hündürlüyü 2m-ə çatan çoxillik bitkidir. Budaqları düz bucaq altında yerləşir və sallanır. Kladodiləri 1-5 ədəd, bəzən dəstədə 8 ədəd olub, öz aralarında qeyri-bərabər yerləşir, uzunluğu 1-5 sm, düz və ya bir az əyilmişdir. Gövdəsi əyilmiş, çox vaxt sarmaşan, çılpaq və çox budaqlıdır. Çiçək saplaqları 1-4 ədəd olub, uzunluğu 1.2 sm-dir. Çiçəkləri uzunsov-qıfşəkillidir, erkək çiçəklərinin uzunluğu təxminən 0,6 sm-dir. Toxumla çoxaldılır.
Ekologiyası
Əsasən qarışıq meşələrdə, kölgəli və rütubətli ərazilərdə bitir.Sərt şaxtalara dözmür. İstisevəndir.
Azərbaycanda yayılması
Böyük Qafqazda, Qubada, Şəkidə, Murovda, Samur-Dəvəçi, Kür-Araz ovalıqlarında, Zəngilanda, Naxçıvanda, Gədəbəydə, Zaqatalada, Balakəndə, Lənkəranda meşələrin aşağı yaruslarında rast gəlinir.
İstifadəsi
Bəzək bağçılığında istifadəsi məqsədyönlüdür.
Sinonimləri
Heterotipik sinonimləri
- Asparagus leptophyllus Schischk.
- Asparagus oligophyllus Baker
Həmçinin bax
- Qulançar
- 1875-ci ildə təsvir edilən bitkilər
- Türkiyə florası
- Əfqanıstan florası
- İran florası
- Çin florası
- Rusiya florası
- Con Gilbert Beyker tərəfindən adlandırılmış taksonlar
- Qazaxıstan florası
- Özbəkistan florası
- Tacikistan florası