Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İranə Tofiq qızı Tağızadə (7 may 1957, Bakı – 9 aprel 2023, Bakı) — Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademi

İranə Tağızadə

  • Ana Səhifə
  • İranə Tağızadə

İranə Tofiq qızı Tağızadə (7 may 1957, Bakı – 9 aprel 2023, Bakı) — Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru.

İranə Tağızadə
İranə Tofiq qızı Tağızadə
Doğum tarixi 7 may 1957(1957-05-07)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 9 aprel 2023(2023-04-09) (65 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Ümumşəhər qəbiristanlığı
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı
  • Firdovsi Atakişiyev
Atası Tofiq Tağızadə
Fəaliyyəti rejissor
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Teatr Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20082008 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20132013

Mündəricat

Həyatı

İranə Tağızadə 7 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1976–1981-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram rejissoru fakültəsində təhsil alıb. İranə Tağızadə 1984-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb.

Ölümü

9 aprel 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. 10 aprel 2023-cü ildə Ümumşəhər qəbiristanlığında dəfn olunmuşdur.

Ailəsi

Tofiq Tağızadənin qızıdır. Firdovsi Atakişiyevin həyat yoldaşıdır.

Fəaliyyəti

Quruluş verdiyi tamaşalar

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında F. Dostoyevskinin "Karamazov qardaşları", U. Şekspirin "On ikinci gecə", T. Uilyamsın "Arzu tramvayı", Elçinin "Artistin taleyi", "Teleskop, ya yuxuda və reallıqda uçuşlar", M. Kamolettinin "Ah, bu Anna", A. Puşkinin "Çar Soltanın nağılı", R. Şartın "Mənim arvadımın adı Morisdir" və s. bu kimi tamaşalara quruluş verib. Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı Elçinin "Sənətkarın taleyi" quruluşu tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Yaradıcılığı haqqında Elçin qələmə aldığı nekroloqda yazır:

" O, həyatı hiss edirdi, duyurdu, görünməyənləri görməyi bacarırdı və səhnə də onun üçün həyatın bir parçası idi. Onun ən yaxşı tamaşaları yalnız aysberqin görünən hissəsi deyildi və bu tamaşaların qiyməti, uğuru, həmin aysberqin görünməyən hissəni də tamaşaçıya təlqin edə bilməsində idi.

İrana Tağızadə mənim indiyə qədər tanıdığım teatr xadimləri arasında dünyagörüşünün genişliyi, teatra və dramaturgiyaya bələdliyi, yaradıcı mədəniyyəti və səriştəsi ilə seçilən azsaylı sənətkarlardan biri, birincilərdən biri idi.

"

Təltifləri

Teatr sahəsindəki xidmətlərinə görə o, 2008-ci ildə Əməkdar incəsənət xadimi, 2013-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin mükafatı — 30 aprel 2014 6 may 2015-ci ildə, 6 may 2016, 1 may 2017-ci ildə, 9 may 2018 10 may 2019

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 04, 2026

    Qərb Universiteti

  • Mart 28, 2026

    Spirtlər

  • Mart 31, 2026

    Azərbaycan toy adətləri

  • Aprel 07, 2026

    Kartvel dilləri

  • Aprel 06, 2026

    İtalik dilləri

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst