Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İraq krallığı (ərəb. المملكة العراقية الهاشمية‎) — 1932-1958-ci ildə mövcud olan konstitusiyalı monarxiya.

İraq krallığı

Vikipediya, azad ensiklopediya
Tarixi dövlət
İraq krallığı
1921  14 iyul 1958
Paytaxt Bağdad
Rəsmi dilləri Ərəb dili
Asoru dili
Kürd dili
Fars dili
İngilis dili
Din Şiəlik
Pul vahidi İraq dinarı
Ərazisi
  • 4.370.722 km²
Əhalisi
  • 6.488.000 nəf.
İdarəetmə forması Konstitusiyalı monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İraq krallığı (ərəb. المملكة العراقية الهاشمية) — 1932-1958-ci ildə mövcud olan konstitusiyalı monarxiya.

Birinci Dünya Müharibəsinin Orta Şərq cəbhəsində Osmanlı imperiyasının məğlub edilməsinin ardından bölgədə Birləşmiş krallığın müstəmləkəsi kimi 23 avqust 1921-ci ildə İraq Mandat Rejimi quruldu. 1930-cu ildə tərəflər arasında bağlanan sazişin ardından 1932-ci ildə Birləşmiş Krallığın bölgədəki formal idarəsi sona çatdı və İraq Haşimilər krallığı müstəqillik qazandı.

Krallar

Sıra Kral Səltənət illəri Kraliçası Haqqında
1. I Feysəl

1885-1933

(48 yaş)

23 avqust 1921

8 sentyabr 1933

Hüzeymə bint Nasir

1884-1935

(54 yaş)

  • Haşimilər sülaləsinə mənsub olub, Məkkə şərifi Əmir Hüseynin oğludur.
  • Birinci Dünya Müharibəsinin ardından çıxan Böyük Ərəb üsyanının lideri oldu.
  • Suriya Ərəb krallığındakı 4 aylıq səltənətinin ardından fransızlar tərəfindən qovuldu.
  • 1921-ci ildə təsis edilən İraq Mandat rejiminin başına gətirildi.
  • 1932-ci ildə Birləşmiş krallığın bölgədən geri çəkilməsiylə İraq Haşimilər krallığını təsis etdi.
  • Sünni və şiə məzhəbləri arasında dostluq münasibətlərini qorudu.
2. I Qazi

1912-1939

(27 yaş)

8 sentyabr 1933

4 aprel 1939

Aliyə bint Əli

1911-1950

(39 yaş)

  • I Feysəl ibn Hüseynin yeganə oğludur.
  • Atasının ani ölümünün ardından taxta çıxdı.
  • General Bəkir Sidqinin rəhbərliyi ilə həyata keçirilən dövlət çevrilişini dəstəklədi.
  • Birləşmiş krallığın tabeliyindəki Küveyt üzərində İraqın haqqı olduğunu müdafiə etdi.
  • 1939-cu ildə avtomobil qəzasında dünyasını dəyişdi.
3. II Feysəl

1935-1958

(23 yaş)

4 aprel 1939

14 iyul 1958

-
  • I Qazi ibn Feysəlin yeganə övladıdır.
  • Atasının ani ölümünün ardından 4 yaşında ikən taxta çıxarıldı.
  • İkinci Dünya Müharibəsi illərində anasıyla birlikdə Birləşmiş krallığa köçürüldü və burada təhsil aldı.
  • 1953-cü ildə dövlət idarəsini şəxsən ələ aldı və bu tarixədək naiblik uğrunda bir neçə dövlət çevrilişi baş tutdu.
  • Əbdülkərim Qasım liderliyindəki 14 iyul inqilabı nəticəsində taxtdan endirildi və ailə üzvləriylə birlikdə qətlə yetirildi.
  • Ölümüylə bölgədəki 37 illik Haşimilər idarəçiliyinə son qoyuldu.
Üst