Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İslam Mehrəliyev 19 iyun 1986-cı ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri, Yasamal rayonu 176 saylı orta məktəbin 1-ci sinfinə gedib. 1997-ci i

İslam Mehrəliyev

Vikipediya, azad ensiklopediya
İslam Mehrəliyev
İslam Məhəmməd oğlu Mehrəliyev
Doğum tarixi (40 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Boyu 179 sm

İslam Məhəmməd oğlu Mehrəliyev (19 iyun 1986, Bakı) — azərbaycanlı aktyor.

Həyatı

İslam Mehrəliyev 19 iyun 1986-cı ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri, Yasamal rayonu 176 saylı orta məktəbin 1-ci sinfinə gedib. 1997-ci ildə Azərbaycan Dövlət Televiziya və Radiosunun nəzdində olan Əfsər Cavanşirovun "Bənövşə" uşaq xorunda çıxış edib. 2003-cü ildə Bakı şəhəri, Yasamal rayonu Süleyman Sani Axundov adına 172 saylı orta məktəbin 11-ci sinfini bitirib. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyoru" fakültəsinə daxil olub. Sənət müəllimi Xalq artisti, professor, dosent Ramiz Əzizbəyli olub. 2008-ci ildə Xəzər televiziyasının "Gülüş Ulduzu" layihəsinin laureatı olmuşdur. "Qarşıdurma" adlanan Maşın Şounun 14-cü sürətinin qalibi olub.

Ailəsi

Ailəlidir, oğlu və qızı var.

Apardığı verilişlər

  • 2009-cu ildə Space televiziyasında 'Hər Bazar'
  • 2010-cu ildə "Zarafatsız"
  • 2014-cü ildə Azad Azərbaycan televiziyasında "Youmırta", "Piknik"
  • 2015-ci ildə "Duz Cavab", "Qaçaqaç"
  • 2018-ci ildə "Vine show", "Salamlar" adlı əyləncəli, yumoristik proqram.
  • 2017, 2018-ci il Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qoşa Qala Qapısında keçirilən 7-di günlük 'Novruz Bayramı' konsert proqramı.
  • 2019-cu ildə Azad Azərbaycan televiziyasında "Bol Şans", həftəiçi 5 gün, hər səhər canlı yayımla "Tap Qazan" intelektual əyləncəli proqram və "3MÜZ" improvizə şou'su
  • 2020-ci il XəzərTv'də "Turş Məzə" adlı yumoristik proqram.
  • 2021-ci il XəzərTv'də "Meloman" musiqili, əyləncəli proqram.
  • 2022-ci il XəzərTv’də "Xəzər Axşamı"adlı musiqili, əyləncəli proqram.

Filmoqrafiya

  1. Miras (teleserial, Lider tv 2008)
  2. Aramızda qalsın (teleserial, Xəzər tv 2013)
  3. Oğlan evi: Azərbaycansayağı qarət (film, 2015)
  4. Kişi sözü (teleserial, ATV 2016)
  5. Bayram axşamı (film, 2017)
  6. Kəklikotu (film, 2017)
  7. Yanlış anlama (film, 2017)
  8. Hareket sekiz (film, 2019)
  9. Səbət gilas (film, 2019)
  10. Qış nağılı (film, 2019)
  11. Evdəkilər (teleserial, Xəzər tv 2021)
  12. Yanlış anlama 2 (film,2022)
Üst