Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İsmayıl Hikmət Ərtaylan (türk. İsmail Hikmet Ertaylan; 1889, Bəylərbəyi[d], İstanbul vilayəti – 18 dekabr 1967, İstanbul) — Türkiyə ədəbiyyatşünası, ədəbiyyat t

İsmayıl Hikmət

Vikipediya, azad ensiklopediya
İsmayıl Hikmət Ərtaylan
türk. İsmail Hikmet Ertaylan
Doğum tarixi 1889(1889)
Doğum yeri
Vəfat tarixi 18 dekabr 1967(1967-12-18) (77–78 yaşında)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Dəfn yeri
Vətəndaşlığı Osmanlı imperiyası Osmanlı imperiyası
Türkiyə Türkiyə
İş yerləri
  • Robert Kolleci,
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti,
  • Bakı Dövlət Universiteti,
  • Qazi Universiteti
Təhsili
  • Qalatasaray liseyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsmayıl Hikmət Ərtaylan (türk. İsmail Hikmet Ertaylan; 1889, Bəylərbəyi[d], İstanbul vilayəti18 dekabr 1967, İstanbul) — Türkiyə ədəbiyyatşünası, ədəbiyyat tarixçisi, professor, ədib, pedaqoq və yazıçı. APİ-nin dekanı.

Həyatı

İsmayıl Hikmət Ərtaylan 1889-cu ildə İstanbulda Bəylərbəyi məhəlləsində dünyaya göz açıb. O, orta təhsilini Qalatasaray liseyində alıb. 1911-də İstanbulda Mülkiyyə Məktəbini yaxşı dərəcə ilə bitirib. Qalatasaray дiseyi və Robert Kollecində ədəbiyyat və fransızca dərsləri verib. 1921-in mayında müəllimlikdən ayrılaraq Xariciyyə Nazirliyi Mətbuat Müdirliyində dəftərxana işçisi kimi çalışıb. Bir qədər sonra buradakı vəzifəsi sona yetib.

Azərbaycan hökuməti Türkiyə Böyük Millət Məclisi (TBBM) Hökumətindən müəllimlik istədiyinə görə 1923-ün aprelində Maarif Nazirliyi onu Bakıya göndərib. Bakı Universiteti ilə Bakı Teatr Məktəbində Türk ədəbiyyatı tarixi müəllimi, Bakı Pedaqoji İnstitutunda, Bakı Darülmüəlliminində Qərb ədəbiyyatı tarixi və sənət tarixi müəllimi, 1924-ün sentyabrından Bakı Universiteti ədəbiyyat fakültəsinin dekanı işləyib. 1927-nin iyulunda Bakı Universiteti Ali Şurasının qərarı ilə professorluğa yüksəldilib. Professorluq dissertasiyası olan "Azərbaycan ədəbiyyatı tarixi" adlı əsəri Bakıda nəşr edilib. 1927-nin dekabrında Ankaraya dönüb. Türkiyəyə qayıtdıqdan sonra o, Qazi Təhsil İnstitutunda ədəbiyyat müəllimi, Milli Təhsil Nazirliyində müfəttiş, 1933–1935-ci illər arasında Kipr Türk Liseyinin, Ankara Cümhurbaşqanlığı Orkestrinin, İstanbul Gözəl Sənətlər Akademiyasının direktoru vəzifələrində çalışıb. 1939-un noyabrında İsmayıl Hikmət Əfqanıstan hökumətinin istəyi ilə müşavir qismində ölkəyə göndərilib. Şəxsi təşəbbüsü ilə Kabildə "Gecə Universiteti" açdırıb.

Əfqanıstanda ibtidai məktəbdən universitetədək bütün dərəcələrdəki təhsil qurumlarının proqramlarını hazırlayıb. 1942-nin noyabrında öz istəyi ilə yurda dönüb. 1943-ün yanvarında o, İstanbul Universitetinin ədəbiyyat fakültəsində "Türk dili və ədəbiyyatı tarixi" kafedrasının ordinar professorluğuna təyin edilərək, təqaüdə çıxdığı 1960-cı ilədək orada çalışıb.

Zəncirliquyu qəbiristanlığındakı Ərtaylan ailə sərdabəsi

Görkəmli alim və müəllim İsmayıl Hikmət Ərtaylan 18 dekabr 1967-ci ildə İstanbulda vəfat edib.

Ailəsi

27 yaşında ailə qurmuş İsmayıl Hikmət bəy Rəşad və Azər adında iki oğul, Canan adında bir qız atası idi.

Üst