Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İsmət Rəcəb oğlu Səttarov (1983, Bakı) — Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri.

İsmət Səttarov

Vikipediya, azad ensiklopediya
İsmət Səttarov
Azərbaycan Respublikası Audiovizual Şurasının sədri
Vəzifədədir
9 fevral 2022-ciildən
ƏvvəlkiVəzifə təsis edildi.
Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü
Vəzifədədir
30 dekabr 2021-ciildən
ƏvvəlkiVəzifə təsis edildi.
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri
6 aprel 2020 30 dekabr 2021
ƏvvəlkiNuşirəvan Məhərrəmli
SonrakıVəzifə ləğv edildi.
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü
4 aprel 2021 30 dekabr 2021
ƏvvəlkiNuşirəvan Məhərrəmli
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 1983(1983) (42–43 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Təltifləri Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
ntrc.gov.az

İsmət Rəcəb oğlu Səttarov (1983, Bakı) — Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri.

Həyatı

İsmət Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin "İqtisadi kibernetika və tətbiqi riyaziyyat" fakültəsində təhsil almışdır. Texnika elmləri üzrə fəlsəfə doktorudur.

2000–2004-cü illərdə bank sektorunda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.

2011-ci ildən yeni yaradılmış "Region TV" adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cü ildən həmin prodüser qrupunun əsasında yaradılmış "Region TV" telekanalının direktoru olmuşdur. 2016-cı ildən ARB Media Qrupun rəhbəri, "ARB24" MMC-nin direktoru vəzifəsini icra etmişdir.

İsmət Səttarov 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.

2020-ci il aprel ayının 6-da Milli Televiziya və Radio Şurasına sədr seçilmişdir.

Evlidir, bir övladı var.

Təltifləri

  • Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 21 iyul 2025
Üst