Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İttifaq dövləti (belar. Саюзная дзяржава, rus. Союзное государство), yaxud Rusiya və Belarus İttifaq dövləti kimi də tanınır — Rusiya və Belarus tərəfindən yara

İttifaq dövləti

Vikipediya, azad ensiklopediya
İttifaq dövləti
belar. Саюзная дзяржава
rus. Союзное государство
Rəsmi dilləri
  • rus dili,
  • Belarus dili
Paytaxt Minsk, Moskva
  Əhali
  • 156.269.344 nəf. (2018)
Valyuta Belarus rublu[d], Rusiya rublu
Telefon kodu +375, +7
Saat qurşaqları
  • UTC+02:00
  • UTC+03:00
  • UTC+04:00
  • UTC+05:00
  • UTC+06:00
  • UTC+07:00
  • UTC+08:00
  • UTC+09:00
  • UTC+10:00
  • UTC+11:00
  • UTC+12:00
  • Qrinviç vaxtı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İttifaq dövləti (belar. Саюзная дзяржава, rus. Союзное государство), yaxud Rusiya və Belarus İttifaq dövləti kimi də tanınır — Rusiya və Belarus tərəfindən yaradılmış təşkilat. 1996-cı ildə "Belarus və Rusiya Cəmiyyəti" olaraq quruldu. 1997-ci ildə imzalanan "Belarus və Rusiya arasındaki birlik müqaviləsi" ilə təşkilatın təməli möhkəmləndirildi və bu əsnada adı "Belarus və Rusiya birliyi" olaraq dəyişdirildi. 25 dekabr 1998-ci ildə siyasi, iqtisadi və sosial inteqrasiyanı təmin etmək məqsədi ilə bir sıra əlavə sazişlər imzalandı. 8 dekabr 1999-cu ildə isə Rusiya və Belarus arasında "İttifaq dövləti"nin yaradılması haqqında müqavilə imzalandı.

Nəzərdə tutulan genişlənmə

  • Abxaziya Abxaziya və Cənubi Osetiya Cənubi Osetiya (faktiki olaraq) — hazırda parlament iclaslarında müşahidəçi statusuna malikdirlər. Hər iki qurumun baş nazirləri qeyri-rəsmi olaraq İttifaq dövlətinə qoşulmaqda maraqlı olduqlarını bildiriblər.
İttifaq dövləti (sarı), qoşulmaqda maraqlı olduğunu bildirmiş dövlətlər (yaşıl) və MDB-nin digər üzvləri (çəhrayı).
  • Qazaxıstan Qazaxıstan — Qazaxıstan 2010-cu ilə qədər Rusiya və Belarus ilə ayrıca gömrük ittifaqı qurmaq istədiyini bəyan etmişdi. Planlaşdırıldığı kimi 2010-cu ilin əvvəlində 3 ölkədən ibarət gömrük ittifaqı yaradıldı. Həmçinin Qazaxıstan gələcəkdə İttifaq dövlətinə qoşula biləcəyi haqqında bəyanat verdi.
  • Qırğızıstan Qırğızıstan — 2007-ci ilin iyun ayından etibarən, siyasi təlatümlər içində olan Qırğızıstanda müxalifət Rusiya və Belarus birliyinə qoşulmaq üçün ümumxalq referendumunun keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi.
  • Moldova Moldova — ölkənin 3-cü Prezidenti Vladimir Voronin 2001-ci ildə prezident seçildikdən dərhal sonra İttifaq dövlətinə daxil olmaq planlarının olduğunu qeyd etmişdi. Lakin 2009-cu il seçkilərindən sonra Moldavada Avropaya inteqrasiya edən hökumət hakimiyətə gəldi.
  • Dnestryanı Dnestryanı (faktiki olaraq) — 1998-ci ilin yazında Dnestryanıda seçicilərin 66,5%-i qurumun Rusiya və Belarus İttifaqına qoşulmağını dəstəkləyib. 2006-cı ildə keçirilən seçkilərdə isə Dnestryanıda əhalinin 97,2%-i tanınmamış Dnestryanı dövlətinin Rusiyaya inteqrasiyasına səs vermişdir. Lakin qurum həm Belarus və Rusiya, həm də dünya ölkələri tərəfindən tanınmadığı üçün bunun yaxın gələcəkdə baş verməsi ehtimalı azdır.
  • Ukrayna Ukrayna — Ukraynanın İttifaqa daxil olması ilə bağlı spekulyasiyalara cavab olaraq Ukraynanın 4-cü Prezidenti Viktor Yanukoviç Ukraynanın müstəqil suveren dövlət olduğunu qeyd etmişdi. Həmçinin 2021-ci ildə Ukraynanın 6-cı Prezidenti Vladimir Zelenski İttifaq dövlətinin Ukrayna üçün real təhlükə olduğunu bəyan etdi.
  • Novorosiyya — 2014-cü ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi dövründə Krım Respublikasının Baş Nazirinin müavini Rüstəm Temirqəliyev Ukraynanın cənub-şərqinin “Ukrayna Federasiyası” adı altında İttifaq dövlətinə qoşulacağına ümid etdiyini bildirib. Lakin Ukraynadan müstəqillik elan edən Donetsk və Luqansk Xalq Respublikalarının yaranması ilə konfederativ Novorossiya siyasi layihəsi 2015-ci ilin əvvəllərində donduruldu.
  • Serbiya və Monteneqro Yuqoslaviya Federal Respublikası / Serbiya Serbiya — 1999-cu ildə Yuqoslaviya FR Parlamenti ölkənin İttifaq dövlətinə üzv olmasına razılıq verdi. 2007-ci ildə Serbiyanın 4-cü Prezidenti Tomislav Nikolic İttifaq dövləti ilə əlaqələrini gücləndirməsini və sonda İttifaq dövlətiinə qatılmaq arzusunda olduğunu bəyan etdi. Lakin sonradan Serbiya Avropa İttifaqına üzvlük ərizəsi təqdim etdi.

Həmçinin bax

  • Müstəqil Dövlətlər Birliyi
Üst