Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İzzət Rüstəmov (15 fevral 1932, Düzrəsullu, Gədəbəy rayonu) – fəlsəfə elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Sosiologiya fakültəsinin məsləhətç

İzzət Rüstəmov

Vikipediya, azad ensiklopediya
İzzət Rüstəmov
Azərbaycan Respublikası Baş nazirinin müavini
1994 – 1999
Şəxsi məlumatlar
Doğum tarixi 15 fevral 1932(1932-02-15) (94 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Təhsili
  • Bakı Dövlət Universitetinin Tarix fakültəsi
Fəaliyyəti müəllif, universitet müəllimi, dövlət xadimi
Uşağı
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • fəlsəfə elmləri doktoru (1972)
Elmi adı
  • professor
Təltifləri "Şöhrət" ordeni — 2009 "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı
Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi

İzzət Rüstəmov (15 fevral 1932, Düzrəsullu, Gədəbəy rayonu) – fəlsəfə elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Sosiologiya fakültəsinin məsləhətçi, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının xarici həqiqi üzvü.

Həyatı

İzzət Əşrəf oğlu Rüstəmov 1932-ci il fevral ayının 15-də Gədəbəy rayonunun Şınıx mahalının Düz-Rəsullu kəndində anadan olub. 1949-cu ildə orta məktəbi əla qiymətlərlə bitirən Rüstəmov Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Fəlsəfə şöbəsinə daxil olub. 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib və onu fəlsəfə kafedrasında saxlayırlar.

Elmi fəaliyyəti

İzzət Rüstəmov 1961-ci ildə "Həsən bəy Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri" mövzusunda namizədlik, 1972-ci ildə "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri (XIX və XX əsrin əvvəli)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1965-ci ildə dosent və 1977-ci ildə professor elmi adını alıb.

İzzət Rüstəmov 20-dən çox elmlər namizədi və 6 elmlər doktoru yetiş­dirmişdir. 10 kitab, 4 monoqrafiya, 170-ə yaxın məqalənin müəllifidir.

Əmək fəaliyyəti

Əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasında başlayan İzzət Rüstəmov 1984-cü ilədək həmin kafedrada laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb. 1984–1994-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyası Fəlsəfə kafedrasının müdiri, 1987–1988-ci illərdə Azərbaycan KP yanında Partiya Tarixi İnstitutu direktorunun elmi işlər üzrə müavini, 1994–1999-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, 1999–2004-cü illərdə Baki Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləyib. 1977-ci ildən 2019-cu ilədək Sosiologiya kafedrasının professoru kimi çalışan İ. Rüstəmov 2004-2019-cu illərdə həmin kafedraya rəhbərlik edib. 2019-cu ildən kafedranın məsləhətçi professorudur. O, eyni zamanda BDU-da və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Müdafiə şuralarının, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Problem Şurasının üzvü kimi fəaliyyətini davam etdirir. Xətai Rayon Ağsaqqallar Şurasının sədridir.

Ailəsi

Milli Qəhrəman Məzahir Rüstəmovun atasıdır.

Əsərləri

Monoqrafiyalar

  • 1969 – "Həsən bəy Zərdabi (Dünyagörüşü)"
  • 1992 – "XX əsrin əvvəllərində Azərbaycanda təbii-elmi və fəlsəfi fikrin vəhdəti"
  • 2001 – "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri"
  • 2006 – "Əslimiz-nəslimiz (tarixi-sosioloji etüdlər)"

Kitablar

  • 1968 – Qısa estetika lüğəti (tərcümə, akad. A. Aslanovla müştərək)
  • 1979 – "Çernışevski və Azərbaycanda ictimai fikir" (akad. F. Köçərli ilə müştərək)
  • 1981 – "Abbasqulu aga Bakıxanov"
  • 1985 – "Mirzə Fətəli Axundov"
  • 1987 – "A. V. Anikin. Elmin gələcəyi (Marksaqədərki iqtisadi mütəfəkkirlərin həyatı və ideyaları)" (tərcüməçisi)
  • 1987 – "Ateistin cib lügəti" (tərcüməçisi)
  • 2007 – Z. T. Qolenkova, M. M. Akuliç, V. N. Kuznetsov "Ümumi sosiologiya" (dərs vəsaiti, tərcüməçisi)
  • 2003 – "Человек – часть природы, биологическое существо"
  • 2003 – "Müasir təbiətşünaslığa konseptual yanaşma"
  • 2003 – "Həsən bəy Zərdabi ilə əlaqədar bir sıra dünyagörüşü məsələləri"
  • 2003 – "XX əsr Azərbaycan romantizminin fəlsəfəsi"
  • 2007 – "Həsən bəy Zərdabi görkəmli mütəfəkkir və publisist kimi"
  • 2008 – "Gələcəyə istiqamətlənmiş siyasət (Heydər Əliyev – 85)"
  • 2008 – ""Azərbaycan" zəmanəmizin görkəmli ideya-siyasi tribunası"

Mükafatları

1991-ci ildə Akademik S. İ. Vavilov adına medalla, 2007-ci ildə Azərbaycan Respublikasının "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə, 30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni,. 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Azərbaycan mətbuat tarixi­nin araşdırılmasında xidmətlərinə görə fəxri "Həsən bəy Zərdabi" diplo­muna layiq görülüb.

Üst