| Şahin Seyidzadə | |
|---|---|
| 10 mart 2020 – 17 mart 2022 – 23 sentyabr 2024 | |
| Seçki dairəsi | 2020 — 50 saylı Abşeron-Qobustan 2024 — 87 saylı Qobustan-Şamaxı-İsmayıllı |
| 2022 – 2024 | |
| Şəxsi məlumatlar | |
| Doğum adı | Şahin Kamil oğlu Seyidzadə |
| Doğum tarixi | 15 aprel 1978 (48 yaş) |
| Doğum yeri |
|
| Partiya | |
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| | |
| Təltifləri | |
| seyidzade.az | |
Şahin Kamil oğlu Seyidzadə (15 aprel 1978, Bakı) — İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri (2022–2024).Azərbaycan Milli Məclisinin VI və VII çağırış deputatı
Həyatı və təhsili
Şahin Kamil oğlu Seyidzadə 1978-ci il aprelin 15-də Bakı şəhərində anadan olub. 1995-ci ildə Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirib. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya ixtisası üzrə bakalavr pilləsini, 1999-2001-ci illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin həmin ixtisas üzrə magistr pilləsini bitirib. 2004-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Biznesin İdarəetməsi" ixtisası üzrə magistr dərəcəsini alıb. 2006-2007-ci illərdə Rusiya Federasiyası Xalq Təsərrüfatı Akademiyasının Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin "Təhsilin təşkili və idarəetməsi" ixtisası üzrə təhsil alıb. 2005-2007-ci illər ərzində İngiltərənin Mançester Universitetinin "Təhsilin təşkili və idarəetməsi ixtisası" üzrə magistr dərəcəsini alıb. 2026-ci ildən bu günə kimi – Warwick Business School, MBA təhsilini davam etdirir.Ailəlidir, üç övladı var. İngilis və rus dillərində sərbəst danışa bilir.
İctimai fəaliyyəti
- 1999–2019-cu illər ərzində 50-dən artıq müxtəlif ictimai təşkilat, layihə, proqram və təşəbbüslərin rəhbəri;
- 2012-2015-ci illərdə MDB iştirakçısı olan dövlətlərin Gənclərin məsələləri üzrə şurasının üzvü;
- 2012-2016-cı illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri olub;
- 2012-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü;
- 2019-2022-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən "Sosial layihələr" müsabiqəsinin rəhbəri;
- 2022-2024-cü illərdə isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının üzvü olub.

Əmək fəalliyəti
Bir neçə biznes sahələrində rəhbər vəzifələrində çalışıb. 2006-2012-ci illərdə müxtəlif şirkətlərdə rəhbər vəzifələrdə, 2012-2016-cı illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, 2015-2020-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "SABAH" qrupları İcra Komitəsinin rəhbəri olub. 9 fevral 2020-ci il 3 mart 2022-ci il 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil, Gənclər və idman komitələrinin, həmçinin Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin üzvü olub. 3 mart 2022 tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. O, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Milli Məclisin VII çağırış deputatı seçilib. 23 sentyabr 2024-cü ildə Prezidentin sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub. 2024-cü il oktyabrın 8-də Azərbaycan — Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Pedaqoji fəaliyyəti
Azərbaycan Dövlət İqtisad Universiteti (2008–2010), Azərbaycan Dövlət Pedaqoji Universitetində (2020–2022) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.
Mükafatları
28 yanvar 2016-cı ildə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 noyabr tarixli 849 nömrəli Fərmanı ilə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 16 sentyabr tarixli 1441 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" yubiley medalı ilə təltif edilmişdir.
- 15 apreldə doğulanlar
- 1978-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları
- Mançester Universitetinin məzunları
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları
- "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Milli Məclisinin VI çağırış deputatları
- İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisləri
- Azərbaycan Milli Məclisinin VII çağırış deputatları
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimləri
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimləri