Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şahlar Əvəz oğlu Şükürov (17 may 1952, Zülfüqarlı, Kəlbəcər rayonu – 11 iyul 1990, Mardakert, Muxtar Dağlıq Qarabağ Vilayəti) — Azərbaycanın Milli Qəhrəmanı, Bi

Şahlar Şükürov

Vikipediya, azad ensiklopediya
Şahlar Şükürov
Şahlar Əvəz oğlu Şükürov
Şəxsi məlumatlar
Doğum tarixi 17 may 1952(1952-05-17)
Doğum yeri
Vəfat tarixi 11 iyul 1990(1990-07-11) (38 yaşında)
Vəfat yeri
  • Mardakert, Muxtar Dağlıq Qarabağ Vilayəti, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Zülfüqarlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşaqları Sənan Şükürov, Fəridə Şükürova
Atası Əvəz Şükürov
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti,
  • RF DİN Rostov Hüquq İnstitutu[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti SSRİ
Rütbəsi
  • mayor,
  • milis mayoru[d]
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Şahlar Əvəz oğlu Şükürov (17 may 1952, Zülfüqarlı, Kəlbəcər rayonu11 iyul 1990, Mardakert, Muxtar Dağlıq Qarabağ Vilayəti) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1972-ci il təhsilini başa vurur və hərbi xidmətə çağırılır. Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışır. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirmişdir. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi almışdı.

Döyüşlərdə iştirakı

O, tez–tez döyüş bölgələrinə gedər torpaqlarımızın bütövlüyü uğrunda qaynar döyüşlərə atılardı. 1990-cı il 11 iyul Tərtər–Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qaldı burada son nəfəsinəcən vuruşan Şahlar qəhrəmancasına həlak oldu.

Ailəsi

Ailəli idi, iki övladı yadigar qalıb.

Milli Qəhrəman

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilib.

Zərdab rayonunda adına küçə var. Buradakı məktəblərdən biri onun adını daşıyır.

Üst