| Şahmar Mahrızlı | |
|---|---|
| Məmmədov Şahmar Hüseynalı oğlu | |
| Doğum tarixi | 1 may 1954 (72 yaş) |
| Doğum yeri |
|
| Milliyyəti | Azərbaycanlı |
| Təhsili |
|
| Fəaliyyəti | şair, həkim |
| Mükafatları | “Qızıl qələm” media mükafatı |
Şahmar Mahrızlı (1 may 1954, Mahrızlı, Ağdam rayonu) – həkim, şair, "Qızıl qələm" media mükafatı laureatı.
Həyatı
Məmmədov Şahmar Hüseynalı oğlu 1 may 1954-cü ildə Ağdam rayonunun Mahrızlı kəndində dünyaya gəlib.
1961-ci ildə Mahrızlı kənd orta məktəbinin I sinfinə qədəm qoymuş və 1971-ci ildə həmin orta məktəbi bitirmişdir.
O, 1978-ci ildə indiki Azərbaycan Tibb Universitetini bitirib.
1978–1990-cı illərdə Rusiyanın Tver vilayətində həkim işləyib.
1990-cı ildən Bakı şəhərindəki 8 №-li poliklinikada iynərefleksterapevt işləyir.
Şahmar Məmmədov eyni zamanda şairdir, "Qızıl qələm" media mükafatı laureatıdır.
Kateqoriyalar:
- 1 mayda doğulanlar
- 1954-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Mahrızlıda doğulanlar (Ağdam)
- Azərbaycan Tibb Universitetinin məzunları
- Əlifba sırasına görə yazıçı və şairlər
- Azərbaycan şairləri
- Azərbaycan həkimləri
- "Qızıl qələm" mükafatı laureatları