Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şahrudin Məhəmməd oğlu Məhəmmədəliyev (12 iyun 1994, Mahaçqala) — ləzgi əsilli azərbaycanlı futbolçu, Azərbaycan milli komandasının və "Qarabağ" futbol klubunun

Şahrudin Məhəmmədəliyev

Vikipediya, azad ensiklopediya
Şahrudin Məhəmmədəliyev
Ümumi məlumatlar
Ləqəbi Şah
Doğum tarixi 12 iyun 1994(1994-06-12) (32 yaş)
Doğum yeri
  • Mahaçqala, Dağıstan, Rusiya
Vətəndaşlığı
  •  Azərbaycan
  •  Rusiya
Boyu 1,84 m
Mövqeyi qapıçı
Klub haqqında məlumat
Klub Azərbaycan Qarabağ
Nömrəsi 1
Karyerası
Gənclik karyerası
2009—2011 Rusiya Torpedo Moskva
2011—2012 Rusiya Stroqino Moskva
2012 Rusiya Anji Mahaçqala
Klub karyerası
2013—2014 Azərbaycan Şahdağ 15 (0)
2014—2016 Azərbaycan Sumqayıt 34 (0)
2016—2023 Azərbaycan Qarabağ 80 (0)
2023—2024 Türkiyə Adana DS 25 (0)
2024—h.h Azərbaycan Qarabağ 1 (0)
Milli yığma
2014—2016 Azərbaycan Azərbaycan U-21 11 (0)
2017 Azərbaycan Azərbaycan U-23 5 (0)
2020—h.h Azərbaycan Azərbaycan 29 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 24 sentyabr 2024 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 24 sentyabr 2024 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahrudin Məhəmməd oğlu Məhəmmədəliyev (12 iyun 1994, Mahaçqala) — ləzgi əsilli azərbaycanlı futbolçu, Azərbaycan milli komandasının və "Qarabağ" futbol klubunun qapıçısı.

Karyerası

Şahrudin, 2009-cu ildə Moskvanın "Torpedo" klubunun uşaq komandasına qoşularaq futbol öyrənməyə başlayır.

2013-cü ildə Rusiya həvəskarlar liqasında oynayan "Strogino" klubuna qoşulur.

2013-cü ilin yayında futbolçu Azərbaycanın "Şahdağ Qusar" klubunda peyda olur.

2014-cü ilin yayında "Sumqayıt" klubuna dəvət edilir. Şahrudinin "Sumqayıt" klubunda debütu 8 fevral 2014-cü ildə "Şüvəlan" klubuna qarşı oyunda baş tutur.

16 yanvar 2016-cı il tarixində "Qarabağ" klubuyla müqavilə imzalayır. Klubdakı debütünü 6 fevral 2016-cı ildə Azərbaycan Premyer Liqasında "Xəzər-Lənkəran" ilə olan oyunda (3:0) baş tutur. 20 may 2019-cu ildə "Qarabağ FK" ilə yeni üç illik müqavilə imzalayır.

Avropadakı ilk oyunu 2019-cu ildə UEFA Avropa Liqasının qrup mərhələsində Lüksemburqun "F91 Düdelanj" komandasına qarşı oyunda baş tutur.

Məhəmmədəliyev 2023-2024 sezonunu Türkiyənin "Adana Dəmirspor" klubunda oynayıb. 2024-cü ilin 18 iyulunda o, "Qarabağ" ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayaraq yenidən kluba dönüb.

Uğurları

Klub

Qarabağ FK

  • Azərbaycan Premyer Liqası çempionu: (6) 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2024/25
  • Azərbaycan Premyer Liqası gümuş medal: (2) 2020/21, 2025/26
  • Azərbaycan Kuboku: (4) 2015–16, 2016–17, 2021–22, 2023–24

Milli komanda

Azərbaycan U-23 milli komandası

  • İslam Həmrəyliyi Oyunları: (1) 2017
Üst