| Şəfahət İmranov | |
|---|---|
| Şəfahət Aydın oğlu İmranov | |
| Doğum tarixi | |
| Doğum yeri | Göyçay rayonu, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı | Azərbaycan Respublikası, SSRİ |
| Atası | Aydın |
| Milliyyəti | azərbaycanlı |
| İxtisası | hüquqşünas |
| Təhsili | ali |
| Tanınır | Ədliyyə general-mayoru |
| Mükafatları | |
Şəfahət İmranov — Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru.
Həyatı
İmranov Şəfahət Aydın oğlu 1972-ci ildə Göyçay rayonunda anadan olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1994-cü ildən Azərbaycan Respublikası Prokurorluğuna işə qəbul olunaraq, Bakı şəhəri Əzizbəyov rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru və müstəntiqi, 1999-cu ildən Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi və böyük müstəntiqi vəzifələrində çalışmışdır.
2004-cü ildən Bakı şəhər prokurorluğunun Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru vəzifəsində çalışmış, 2005-ci ilin mart-dekabr aylarında isə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini vəzifəsini icra etmişdir.
2005-ci ilin dekabrında icrası həvalə olunmuş vəzifəyə, 2006-cı ildə isə Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Baş prokurorunun 04 dekabr 2009-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyin edilmişdir. Ədliyyə general-mayoru hərbi rütbəsindədir.
Mükafatları
Ölkə Prezidentinin 2018-ci il 28 sentyabr tarixli Sərəncamı ilə isə Ş.İmranov “Tərəqqi” medalı ilə təltif olunub.
Ailəsi
Ailəlidir, iki övladı var.
- 1972-ci ildə doğulanlar
- Azərbaycan ədliyyə general-mayorları
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Bakı Dövlət Universitetinin məzunları
- Göyçay rayonunda doğulanlar
- Azərbaycan generalları
- Azərbaycanlı generallar