Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şəhərcik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 7 km şimalda, Oxçu çayının sol sahilində

Şəhərcik (Qafan)

39°13′35″ şm. e. 46°20′10″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Şəhərcik
39°13′35″ şm. e. 46°20′10″ ş. u.HGYO
Ölkə  Ermənistan
Rayon Qafan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.071 m
Xəritəni göstər/gizlə
Şəhərcik xəritədə
Şəhərcik
Şəhərcik

ŞəhərcikZəngəzur mahalının Qafan rayonunda kənd.

Tarixi

Şəhərcik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 7 km şimalda, Oxçu çayının sol sahilində yerləşir.

Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Erməni mənbələrində Şharcik formasında qeyd edilir.

Kənddə 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 371 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cü ildə 395 nəfər, 1914-cü ildə 180 nəfər azərbaycanlı yaşamışdır.

1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar.

İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra öz yurd-yuvalaкжna dönə bilmişdir.

Burada 1922-ci ildə 262 nəfər, 1926-cı ildə 316 nəfər, 1931-ci ildə 425 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabrın axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar.

İndi burada ermənilər yaşayır. Toponim cavanşir türk tayfasına mənsub olan şəhərcik etnonimi əsasında əmələ gələn etnotoponimdir.

Quruluşca sadə toponimdir.

Əhalisi

1988-ci ilə qədər azərbaycanlılar

İqtisadiyyatı

Əkinçilik və heyvandalıq

Görkəmli şəxsiyyətləri

  • Oqtay Əsədov (Əsədov Oqtay Sabir oğlu) — Azərbaycan Respublikası Milli Məclisinin sədri.
  • Muradov Sabir Yaqub oğlu (şəhid)
  • Xanlar Zəngəzurlu
Üst