Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Toponim kimmerlərin tərkibində gələn sak əsasında əmələ gəlmişdir. Şəki sak // saka etnoniminin fonetik variantıdır. Albaniya dövründə Səhl ibn Sumbat Şəki haki

Şəki (Zəngəzur)

39°33′51″ şm. e. 45°59′51″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Kənd
Şəki
39°33′51″ şm. e. 45°59′51″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngəzur mahalı
Rayon Sisyan rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 60,67 km²
Mərkəzin hündürlüyü 1.710 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.197 nəf. (1831, 1873, 1897, 1926, 1939, 1959, 1970, 1979, 1989, 2001, 2011)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Şəki xəritədə
Şəki
Şəki
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ŞəkiYelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.

Tarixi

Rayon mərkəzindən 6 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir.

Toponim kimmerlərin tərkibində gələn sak əsasında əmələ gəlmişdir. Şəki sak // saka etnoniminin fonetik variantıdır. Albaniya dövründə Səhl ibn Sumbat Şəki hakimi deyə keçir .

Q. Qeybullayev saka türk etnoniminin həm də şaka formasında olduğu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi

Kənddə 1831-ci ildə 148 nəfər, 1873 - cü ildə 445 nəfər, 1886-cı ildə 657 nəfər, 1897-ci ildə 1191 nəfər, 1908-ci ildə 1605 nəfər, 1914 - cü ildə 1584 nəfər nəfər azərbaycanlı yaşamışdır.

1918-ci ilin avqust ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya, edilmişdir.

Xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 282 nəfər, 12 erməni, 1926-cı ildə 385 nəfər azərbaycanlı, 407 nəfər erməni, 1931-ci ildə 557 nəfər azərbaycanlı, 510 nəfər erməni yaşamışdır.

1988-ci ilin noyabr ayında azərbaycanlılar tamamilə deportasiya olunmuşdur. İndi burada təkcə ermənilər yaşayır.

Üst