Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şəmkir PFK — Şəmkir rayonunu təmsil edən futbol klubu. Azərbaycan İkinci Liqasında çıxış edir. 2017-ci ildə fəaliyyəti dayandırılmış Şəmkir FK-nın xələfi deyild

Şəmkir PFK

Vikipediya, azad ensiklopediya
Şəmkir PFK
Loqonun şəkli
Klubun tam adı Şəmkir Peşəkar Futbol Klubu
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) "Şəmkirlilər", "Yeni Şəmkir", "Xalq komandası"
Rəng(lər) qırmızı-ağ
Yaranma tarixi 2013 (12 il əvvəl) (2013)
Stadionu Şəmkir Olimpiya İdman Kompleksinin stadionu
Tutumu 2 500
Prezidenti Azərbaycan Adil Əliyev
Baş məşqçisi Azərbaycan Samir İsmayılov
Liqa Azərbaycan İkinci Liqası
2025-26 6.
Ev forması
Rəsmi saytı

Şəmkir PFKŞəmkir rayonunu təmsil edən futbol klubu. Azərbaycan İkinci Liqasında çıxış edir. 2017-ci ildə fəaliyyəti dayandırılmış Şəmkir FK-nın xələfi deyildir. 2023-cü ilədək adı "Qala" (Şəmkir) FK olmuşdur.

Tarixi

2013-cü ildə şəmkirli iş adamları tərəfindən Şəmkir rayonunun Qədimqala kəndinin yaxınlığında yerləşən Şəmkir qalasının şərəfinə Qala futbol klubu ("Qala" FK) adı ilə Şəmkir şəhərində yaranmışdır. "Qala" FK əsasən uşaq komandaları ilə müxtəlif yaş qrupları üzrə Azərbaycan çempionatlarında Şəmkir rayonunu təmsil etmişdir. 2022/2023 mövsümündə Azərbaycan Region Liqasında iştirak etmişdir. 2023-cü ildə "Qala" FK adını "Şəmkir" PFK dəyişərək Azərbaycan İkinci Liqasında iştirak etməyə başlamışdır. 2017-ci ilədək fəaliyyətdə olmuş Şəmkir Futbol Klubu ilə heç bir tarixi bağlılığı yoxdur. 2024-cü ilin avqust ayında klub rəhbərliyi komandanın rənglərini qırmız-ağdan qızılı-ağ rənglərə dəyişdirdi və yeni loqonu təqdim etdi.

15 noyabr 2024-cü ildə "Şəmkir" PFK-nın baş məşqçisi Ceyhun Əhmədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmişdir.

14 noyabrda İkinci Liqa təmsilçisi "Hypers Guba"nın baş məşqçisi postundan ayrılmış Vüqar Nadirov 16 noyabrda Şəmkir PFK-nın baş məşqçisi təyin olunub.

2025-ci ilin iyul ayında klub rəhbərliyi Azərbaycanın 2 qat çempionu olmuş və 2017-ci ildə fəaliyyəti dayandırılmış Şəmkir FK-nın ənənəsinin davamı məqsədilə yeni loqo qəbul edərək qırmızı-ağ rənglərə qayıtdı.


Klubun keçmiş loqoları

Qala Şəmkir FK-nın ilk loqosu (2013-2023)

Şəmkir PFK adı ilə ilk loqo(2023-2024)


Şəmkir PFK loqosu (2024-2025)

Klubun rəngləri

Qırmızı

Klubun yeni loqosu

Şəmkir PFK-nın yeni rəsmi loqosu (2025)


Heyəti

2025/2026 mövsümü üçün heyəti (20 sentyabr 2025-ci il)

Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Azərbaycan GK Elnar Şabanov
25 Azərbaycan GK Afiq Musayev
4 Azərbaycan DF Nihat Sarıyev
5 Azərbaycan MF Sehran Abbasov
7 Azərbaycan MF Ceyhun Rəcəbli
9 Azərbaycan MF İlkin Əliyev
10 Azərbaycan MF Akif Tağıyev (Kapitan)
11 Azərbaycan FW Murad Zəkiyev
17 Azərbaycan FW Taleh Fərmanov
20 Azərbaycan DF Nemət Şıxəmirov
23 Azərbaycan MF Fərid İslamzadə
44 Azərbaycan MF Cavidan Rəhimli
57 Azərbaycan MF Məzahir Əhmədov
66 Azərbaycan MF Turqut Mustafazadə
77 Azərbaycan MF Fəzail Şirxanzadə
83 Azərbaycan DF Qəşəm Məmmədov
97 Azərbaycan MF Tural Məmmədzadə

Üst