Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rəhimov Şəmsi Nuru oğlu (1924, Qafan, Zəngəzur qəzası – 29 sentyabr 1994, Bakı) — Azərbaycanın dövlət xadimi, polkovnik. Azərbaycan Respublikası Prezidenti yanı

Şəmsi Rəhimov

Vikipediya, azad ensiklopediya
Şəmsi Rəhimov
Şəmsi Nuru oğlu Rəhimov
Şəxsi məlumatlar
Doğum tarixi 1924(1924)
Doğum yeri
Vəfat tarixi 29 sentyabr 1994(1994-09-29) (69–70 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi sui-qəsd
Dəfn yeri
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti hərbi qulluqçu

Təltifləri Birinci dərəcəli Vətən Müharibəsi ordeni

Rəhimov Şəmsi Nuru oğlu (1924, Qafan, Zəngəzur qəzası29 sentyabr 1994, Bakı) — Azərbaycanın dövlət xadimi, polkovnik. Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi (8 yanvar — 29 sentyabr 1994).

Həyatı

Rəhimov Şəmsi Nuru oğlu 1924-cü ildə Ermənistan SSR-in Qafan rayonunun Gövdəkli kəndində müəllim ailəsində anadan olub.

1942-ci ildə kənd orta məktəbinin 10-cu sinfindən Sovet Ordusu sıralarına çağrılıb.

1943–1945-ci illərdə ordu sıralarında vzvod komandiri, 1946–1949-cu illərdə Bakı və Gəncə hərbi hissələrində Dövlət Təhlükəsizlik Komitəsininin əməliyyat işçisi, sonra rəhbər işçilərindən olub.

1962-ci ildə BDU-nun hüquq fakültəsini qiyabi yolla bitirmişdir. Birinci dərəcəli Vətən Müharibəsi ordeni və 14 medalla təltif edilmişdi.

1985-ci ildə istefaya çıxır və 1990-cı ilədək mülki vəzifələrdə işləyir.

1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi təyin edilir.

29 sentyabr 1994-cü ildə sui-qəsd nəticəsində qətlə yetirilmişdir.

Həmçinin bax

Üst