Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbdürrəhman Mələk (1896, Antakya, Hatay ili – 13 yanvar 1978, Ankara) — Hatayın Türkiyəyə qoşulmasında mühüm rol oynamış türk siyasətçidir. O, həkimlik peşəsini

Əbdürrəhman Mələk

  • Ana Səhifə
  • Əbdürrəhman Mələk

Əbdürrəhman Mələk (1896, Antakya, Hatay ili – 13 yanvar 1978, Ankara) — Hatayın Türkiyəyə qoşulmasında mühüm rol oynamış türk siyasətçidir. O, həkimlik peşəsini bir kənara qoyub, özünü Hatayın qurtuluş mübarizəsinə həsr edib.

Əbdürrəhman Mələk
türk. Abdurrahman Melek
Şəxsi məlumatlar
Doğum tarixi 1896(1896)
Doğum yeri
  • Antakya, Hatay ili, Türkiyə
Vəfat tarixi 13 yanvar 1978(1978-01-13) (81–82 yaşında)
Vəfat yeri
  • Ankara, Ankara ili, Türkiyə
Dəfn yeri
  • Qarşıyaxa qəbiristanlığı[d]
Milliyyəti Türkiyəli
Partiya
  • Cümhuriyyət Xalq Partiyası
Təhsili
  • İstanbul Universiteti Tibb fakültəsi[d]
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Əbdürrəhman Mələk 1896-cı ildə Antakyada anadan olub. İbtidai və orta məktəbi Antakyada, Sultani (liseyi) Hələbdə bitirmişdir. Tibb təhsilinə Dəməşq Tibb Məktəbində başlayıb. Birinci Dünya müharibəsinin başlaması ilə İstanbul Tibb Fakültəsinə keçdi və 1919-cu ildə oranı bitirdi.

Əbdürrəhman Mələk hələ tələbə ikən Antakyada Türk Ocağı qurub. O, Hatayın Türkiyəyə qatılması üçün mübarizə aparan Hatay Erkinlik Cəmiyyəti İstanbul Şöbəsinin prezidenti olub. Cenevrədə fransızlarla Hatay danışıqlarında iştirak edən Türkiyə Nümayəndə heyətində iştirak edib.

19 may 1937-ci ildə Millətlər Cəmiyyətinin Hatay üçün qəbul etdiyi konstitusiyadan sonra qurulan Hatay Dövlətinin ilk baş naziri oldu. O, 1939-cu ilə qədər bu vəzifədə çalışıb. Baş nazir olduğu müddətdə Hatayın Türkiyəyə qatılması üçün intensiv iş apardı. 1939-cu il iyunun 29-da Hatay Məclisi Türkiyənin tərkibinə qatılmağa qərar verdi. 7 iyul 1939-cu ildə Hatay Türkiyə Cümhuriyyətinə qatıldı.

Ölümü

Hatay Türkiyəyə qatıldıqdan sonra Mələk Türkiyə Böyük Millət Məclisində millət vəkili vəzifəsində çalışıb. 1960-cı ildə Demokrat Partiyasından istefa verərək Yeni Türkiyə Partiyasını qurub. 1978-ci il yanvarın 13-də Ankarada vəfat edib.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 04, 2026

    Dilarə Seyidzadə

  • Aprel 06, 2026

    Xocavənd rayonu

  • Mart 30, 2026

    Nəsil artırma

  • Aprel 02, 2026

    Maarifçilik dövrü

  • Mart 30, 2026

    Azərbaycan holdinqlərinin siyahısı

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst