Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əhməd Çələbi (30 oktyabr 1944, Kazımiyyə – 3 noyabr 2015, Bağdad) — İraq siyasətçisi, İraqın prezidenti (1–30 sentyabr, 2003), neft naziri (2005–2006).

Əhməd Çələbi

Vikipediya, azad ensiklopediya
Əhməd Çələbi
ərəb. أحمد الجلبي
Əhməd Çələbi (şəkildə ortada)
Əhməd Çələbi (şəkildə ortada)
İraq prezidenti
1 sentyabr 2003 30 sentyabr 2003
İraqın neft naziri
16 aprel 2005 1 yanvar 2006
Şəxsi məlumatlar
Doğum tarixi 30 oktyabr 1944(1944-10-30)
Doğum yeri
  • Kazımiyyə, Bağdad, İraq krallığı
Vəfat tarixi 3 noyabr 2015(2015-11-03) (71 yaşında)
Vəfat yeri
  • Bağdad, Bağdad mühafəzəsi, İraq
Vəfat səbəbi ürək tutması
Təhsili
Fəaliyyəti siyasətçi, iş adamı, riyaziyyatçı
Dini şiəlik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhməd Çələbi (30 oktyabr 1944, Kazımiyyə3 noyabr 2015, Bağdad) — İraq siyasətçisi, İraqın prezidenti (1–30 sentyabr, 2003), neft naziri (2005–2006).

Həyatı

Əhməd Çələbi 30 oktyabr 1944-cü ildə İraq Kadimiya şəhərində anadan olub.

Massaçusets Texnologiya İnstitutunun və Çikaqo Universitetinin məzunudur.

Həyatının böyük bir hissəsini Böyük Britaniya və ABŞ-də keçirmiş, bu ölkələrdə magistr və doktorluq dərəcələrinə yiyələnmişdir. 2003-cü ildə ABŞ-nin İraqa hərbi müdaxiləsinə kömək edən İraq siyasətçisi kimi tanınmışdır.

Əhməd Çələbi 3 noyabr 2015-ci ildə 70 yaşında ürək çatışmazlığından vəfat etmişdir.

Siyasi fəaliyyəti

Əhməd Çələbi İraq prezidenti və baş nazirin birinci müavini vəzifələrində çalışmış, İraqda və beynəlxalq siyasi arenada kifayət qədər tanınmış şəxsiyyətlərdəndir. Səddam Hüseyn dönəmində ona qarşı ən müxalif simalardan hesab olunurdu. Səddam devrildikdən sonra o, bir ay, yəni 2003-cü ilin sentyabr ayının əvvəlindən sonuna qədər İraq keçid hökumətinin prezidenti səlahiyyətini icra etmişdir.

2005–2006-cı illər də İraq baş nazirnin birinci müavini, daha sonra isə İraqın neft naziri vəzifəsində çalışmışdır.

Üst