| Əkin qazı | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| | ||||||||||||
| Elmi təsnifat | ||||||||||||
| Domen: Eukariotlar Klad: Amorphea Klad: Obazoa Klad: Opisthokonta Klad: Holozoa Klad: Filozoa Klad: Choanozoa Aləm: Heyvanlar Yarımaləm: Eumetazoylar Klad: ParaHoxozoa Klad: İkitərəflisimmetriyalılar Klad: Nephrozoa Tipüstü: Sonağızlılar Tip: Xordalılar Sinif: Quşlar İnfrasinif: Yenidamaqlılar Klad: Pangalloanserae Dəstəüstü: Galloanserae Klad: Odontoanserae Klad: Anserimorphae Dəstə: Qazkimilər Yarımdəstə: Anseres Fəsiləüstü: Anatoidea Fəsilə: Ördəklər Yarımfəsilə: Anserinae Triba: Anserini Cins: Qaz Növ: Əkin qazı | ||||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
| ||||||||||||
Əkin qazı (lat. Anser fabalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü.
Əkin qazı boz çalarlı olub boz qaza bənzəyir. Dimdiyi qara rəngdə olub ortasında narıncı zolağı var. Erkək və dişi fərdlər rənglərinə görə fərqlənmirlər, lakin dişilər bir qədər kiçik olur. Kütləsi adətən 2,5-4,5 kq, bəzən isə bir qədər də yuxarı olur.
Əkin qazı Avrasiyanın Qrenlandiyadan Uzaq Şərqə qədər olan tundrada və tayqa hissəsində yaşayır. Orta Avropa və Asiyanın Qara dəniz və Aralıq dənizi sahillərində, bir hissəsi də Orta Asiya, Yaponiya və Cənub-Şərqi Çində qışlayır.
Həmçinin bax
- Qaz (quş)
- 1787-ci ildə təsvir edilən quşlar
- Türkiyə quşları
- Rusiya quşları
- Qırmızı kitaba görə az qayğı tələb edən növlər
- Təhlükədə olmayan növlər
- Con Latam tərəfindən adlandırılmış taksonlar