Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

əl-Kamil və ya əl-Kamil fit-Tarix (ərəb. الكامل في التاريخ‎) — 1230–1231-ci illər arasında Mosulda İzzəddin Əli İbnül-Əsir tərəfindən yazılmışdır.

Əl-Kamil fi’t-Tarix

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Əl-Kamil fit-Tarix
Müəllif İbn əl-Əsir
Orijinalın dili ərəb dili
Orijinalın nəşr ili 1231

əl-Kamil və ya əl-Kamil fit-Tarix (ərəb. الكامل في التاريخ) — 1230–1231-ci illər arasında Mosulda İzzəddin Əli İbnül-Əsir tərəfindən yazılmışdır.

Əsər

İbn əl-Əsir kitabında 12–13-cü əsrlərdə qurucusu İmadəddin Zəngi olan Zəngilər, Şimali İraq və Suriyada Səlcuqlu Atabəyləri kimi zaman-zaman hökmranlıq edən bu sülalənin əhəmiyyətini izah edir. O, bu əsərində 1090-cı ildə səlibçilərin Qüdsün mühasirəsi və Qüdsdəki Məscidül-Əqsaya hücumu zamanı on minlərlə müsəlmanın öldürülməsindən bəhs edir.

Qəzalinin həyatını ehtiva edən əsas mənbə əsəridir. 915-ci ilə qədər olan tarixi hadisələri nəql etmişdir. O, Təbərini nümunə götürüb, öz üslubunda yazıb. Təbərinin xəbər vermədiyi bəzi məsələlər; xüsusilə Şimali Afrika və Əndəlüs coğrafiyası haqqında məlumat verir. Təbəridən sonrakı dövr haqqında məlumat verərkən mövcud mənbələrə və hadisələrin şahidlərinə istinad edərək mənbələrə istinad etmişdir.

Əsər 1800-cü illərdə Avropada tanınıb. İbnül-Əsirdən mənbə kimi istifadə digər əsərlərə nisbətən daha yaxındır.

Üst