Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əli Bozan (1978, Adıyaman ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Əli Bozan

Vikipediya, azad ensiklopediya
Əli Bozan
türk. Ali Bozan
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cüildən
Seçki dairəsi2023 — Mərsin
Şəxsi məlumatlar
Doğum tarixi 1978(1978) (47–48 yaş)
Doğum yeri
  • Adıyaman ili, Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
  • DEM Partiya
Fəaliyyəti vəkil, siyasətçi

Əli Bozan (1978, Adıyaman ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı

Əli Bozan 1978-ci ildə Adıyaman ilinin Yaylaqonaq ilçəsində anadan olub. İbtidai və orta təhsili Mərsində, lisey təhsilini Adıyamanda Anadolu Liseyində alıb. 2002-ci ildə Doqquz Eylül Universiteti Hüquq Bölməsindən məzun olub.

2004-cü ildən Mərsin Vəkillər Kollegiyasında çalışıb. İnsan Hüquqları Dərnəyində və Azadlıq Naminə Hüquqşünaslar Dərnəyində vəzifələrdə təmsil olunub.

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Mərsin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Konstitusiya Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

İngiliscə bilir. 2 uşaq atasıdır.

Üst