Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əlibala Bəhram oğlu Əsədullayev (yanvar 1928, Bakı – 5 mart 1981) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yerli sənaye naziri (1975–1979), Azərbaycan SSR Ali

Əlibala Əsədullayev

  • Ana Səhifə
  • Əlibala Əsədullayev

Əlibala Bəhram oğlu Əsədullayev (yanvar 1928, Bakı – 5 mart 1981) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yerli sənaye naziri (1975–1979), Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı.

Əlibala Əsədullayev
Azərbaycan SSR yerli sənaye naziri
29 iyul 1975 – 4 iyul 1979
ƏvvəlkiRamazan Məmmədli
SonrakıAyaz Mütəllibov
Şəxsi məlumatlar
Doğum tarixi yanvar 1928(1928-01)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 5 mart 1981(1981-03-05) (53 yaşında)
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1951–1981)
Təhsili
  • Azərbaycan Sənaye İnstitutu (–1950)
Fəaliyyəti siyasətçi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni — 1966 "Qırmızı əmək bayrağı" ordeni
Azərbaycan SSR əməkdar mühəndisi

Həyatı

Əlibala Bəhram oğlu Əsədullayev 1928-ci ildə Bakıda anadan olmuşdur. Əmək fəaliyyətinə 1949-cu ildə "Bakı fəhləsi" zavodunda mühəndis-konstruktor kimi başlamışdır. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Azərbaycan LKGİ Lenin Rayon Komitəsinin birinci katibi seçilmişdir.

1951–1956-cı illərdə S. M. Kirov adına zavodda texniki nəzarət şöbəsinin rəisi, sex rəisi işləmiş, baş mühəndis vəzifəsini icra etmişdir. 1957–1958-ci illərdə Petrov adına zavodun direktoru, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası (XTŞ) Maşınqayırma İdarəsinin baş mühəndisinin müavini olmuşdur.

Əlibala Əsədullayev 1959-cu ildən 1965-ci ilədək Keşlə maşınqayırma zavodunun direktoru, Azərbaycan SSR XTŞ Maşınqayırma İdarəsinin rəisi, 1965-ci ilin noyabr ayından isə Azərbaycan Neft Sənayesi Maşınqayırma Birliyinin rəisi olmuşdur. 1973–1975-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində maşınqayırma şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1975-ci ilin iyul ayında Azərbaycan SSR yerli sənaye naziri təyin edilmişdir. O, bu vəzifədə 1979-cu ilədək çalışmışdır.

Əlibala Əsədullayev 1951-ci ildə Sov. İKP üzvlüyünə qəbul edilmiş, Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı seçilmişdir. Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur. 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni, eləcə də SSRİ medalları ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür. İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.

Əlibala Əsədullayev 1981-ci ildə vəfat etmişdir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Rəsul Rza

  • Aprel 09, 2026

    Ortadunay düzənliyi

  • Aprel 03, 2026

    Həsən Zeynalov

  • Aprel 06, 2026

    Min sülaləsi

  • Aprel 09, 2026

    Elmi dərəcə

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst