Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rəcəbov Əlixan Vaqif oğlu 1991 ildə avqustun 1-i Bakı şəhərində doğulub. Milli Aviasiya Akademiyasında təhsil alıb, 2012-ci ildə məzun olub. 2009-cu ildə ilk də

Əlixan Rəcəbov

Vikipediya, azad ensiklopediya
Əlixan Rəcəbov
Əlixan Vaqif oğlu Rəcəbov
Doğum tarixi 1 avqust 1991(1991-08-01) (34 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Çinayə Rəcəbova
Atası Vaqif Rəcəbov
Anası Yeganə Rəcəbova
Fəaliyyəti Aktyor, Rejissor, Ssenari müəllifi, Videobloger
Fəaliyyət illəri 2016-cı ildən
Təhsili Milli Aviasiya Akademiyası
IMDb ID9505721
alixanradjabov.com

Əlixan Vaqif oğlu Rəcəbov (1 avqust 1991, Bakı) — azərbaycanlı aktyor, rejissor, ssenari müəllifi.

Həyatı və karyerası

Rəcəbov Əlixan Vaqif oğlu 1991 ildə avqustun 1-i Bakı şəhərində doğulub. Milli Aviasiya Akademiyasında təhsil alıb, 2012-ci ildə məzun olub. 2009-cu ildə ilk dəfə Rusiyanın Həştərxan şəhərində, "Neftçi Bakı" ŞHK-nun heyətində çempionata qatılıb. 2009-cu ildən 2013-ilə qədər bir çox ŞHK liqalarında komandasıyla birlikdə iştirak edib. 2013-cü ildə Azərbaycan yığmasında Belarusun Minsk şəhərində 1-ci liqada oyuna qatılıb. 2014-cü ildə ANS telekanalında yayımlanan Comedy.AZ layihəsində rezidentlik edib. 2016-cı ilin dekabrında şəxsi videobloquna başladı. İlk videobloqları cəmiyyətdəki mənfi obrazlar haqqında çəkilmiş 1 dəqiqəlik videolar idi. Daha sonra bu videoformatdan çıxıb, daha keyfiyyətli və xronometraj baxımından uzun vloqlar çəkməyə başladı. Videobloqlarıyla məşhurlaşandan sonra, 2017-ci ildə "Kəklikotu" filminin kastinqindən keçib, Qafar obrazını canlandırdı. Daha sonra, böyük şirkətlərə reklam videoçarxları çəkməyə başladı. 2018-ci ildə isə, "Ağacdələn" , "Qış Nağılı" və "Əlvida Şmidt!" filmlərində baş rollarda yer alıb. 2019-cu ilin martında İctimai TV-də yayımlanan "Şou biznesin sonu" televiziya filmində baş rolda oynayıb.

Filmoqrafiya

Tarix Film Rol
2017 Kəklikotu Qafar
2018 Ağacdələn Firuz
2018 Qış nağılı İlqar
2018 Balta Müxtəlif personajların səsləndirilməsi
2019 Əlvida Şmidt! Tərlan
2019 Ağacdələn Bərbər
2019 Şou-biznesin sonu Əlixan
2020 Sən demə satıcı
2021 Zəhər tuluğu Cemo
2024 Səriyyə İdrak
2025 Bəlkə də
2025 Baş daşı

Çəkdiyi qısametrajlı filmlər

Əlixan Rəcəbovun YouTube üçün çəkdiyi filmlər yüksək izlənməyə malikdir

İlFilmin adıBaxış sayı (avqust 2021)
2017Qaqanın gündəliyi — 12.186.128
2018Qaqanın Gündəliyi — 2
Qaqanın Gündəliyi — 3
1.173.239

2.206.990

2019Qaqli 4 — Pasledniy Söhbət2.946.922
2017Onun gündəliyi — 1731.833
2019Onun gündəliyi — 21.262.675
2017Bakılının gündəliyi — 12.092.186
2018Bakılının gündəliyi — 2 : VHS471.056
2019Bakılının gündəliyi 3 — Yadigar2.297.693
2020Karantinvari boşanma1.231.865
2020Olum ya ölüm1.256.506
2020Luger1.273.758
2021Faberje1.084.557
2021Qənimət457.712
2022Sonuncu şam yeməyi1.639.121
2023Viktoriya1.734.525
Üst