Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ələkbər Rauf oğlu Kazımovski (10 iyul 1953, Bakı – 19 sentyabr 2016, Bakı) — Azərbaycan rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006).

Ələkbər Kazımovski

Vikipediya, azad ensiklopediya
Ələkbər Kazımovski
Doğum tarixi 10 iyul 1953(1953-07-10)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 19 sentyabr 2016(2016-09-19) (63 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Atası Rauf Kazımovski
Fəaliyyəti kinorejissor, rejissor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2006
IMDb ID3212191

Ələkbər Rauf oğlu Kazımovski (10 iyul 1953, Bakı19 sentyabr 2016, Bakı) — Azərbaycan rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006).

Həyatı

Ə. Kazımovski "Tənha durna uçuşu", "Sonuncu məhəbbət", "Şirin bülbül" və s. filmlərin müəllifi olub. Rejissor kimi uzun illər AzTV-də çalışıb.

Ə. Kazımovski rejissor Rauf Kazımovskinin oğludur. 4 noyabr 2006-cı ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

19 sentyabr 2016-cı ildə aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbirində Kazımovskinin vəziyyəti qəfil pisləşmiş və rejissor vəfat etmişdir.

Filmoqrafiya

  1. Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (Aztv)
  2. Dahilərin divanı (veriliş, 2007)
  3. Gülüş sanatoriyası (film, 1989)
  4. Kənddən gələn var (film, 1997)
  5. Kənddən gələn var. II hissə (film, 1997)
  6. Krossvord (veriliş, 2007)
  7. Qeybdən gələn səs (film, 2002)
  8. Qoy oturmuşuq (veriliş, 2007)
  9. Məhkəmə (veriliş, 2007)
  10. Mötəbər insanlarımız (film, 2003)
  11. Seans (veriliş, 2007)
  12. Sonuncu məhəbbət (film, 1985)
  13. Şirin bülbül (film, 2000)
  14. Tənha durna uçuşu (film, 2003)
  15. Vurğun ocağı (film, 2003)
  16. Yeni həyat (film, 2005)
  17. Sabiqlər (film-tamaşa,1999)
Üst