Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əminə Xatun (1398, Əlbistan – 1449, Bursa) — Osmanlı padşahı II Muradın anası, validə sultan və I Mehmedin xanımıdır. Dulqədiroğulları bəyliyinin 5-ci hökmdarı

Əminə Xatun

Vikipediya, azad ensiklopediya
Əminə Xatun
Doğum tarixi 1398(1398)
Doğum yeri
  • Əlbistan, Türkiyə
Vəfat tarixi
Vəfat yeri Bursa
Həyat yoldaşı I Mehmed
Uşağı II Murad
Atası Zülqədiroğlu Nəsrəddin Məhəmməd bəy
Milliyyəti Türk
Fəaliyyəti əsilzadə

Əminə Xatun (1398, Əlbistan1449, Bursa) — Osmanlı padşahı II Muradın anası, validə sultan və I Mehmedin xanımıdır. Dulqədiroğulları bəyliyinin 5-ci hökmdarı olan Zülqədiroğlu Nəsrəddin Məhəmməd bəyin qızıdır.

İldırım Bəyazidin oğlu Çələbi I Mehmed ilə 1403-cü ildə evlənmişdir. II Muradın anası və beləliklə, Fateh Sultan Mehmedin nənəsidir. Oğlunun səltənəti dövrünü görmüş və Validə sultan olmuş olsa da, o dövr üçün validə sultanların saray daxilində çox da gücləri yox idi. Bu səbəbdən güclü saray qadını olmamışdır. 1449 tarixində, oğlundan iki il əvvəl vəfat etmiş, cənazəsi Muradiyə Məscidindəki Xatuniyə türbəsinə dəfn edilmişdir.

Həmçinin bax

Üst