| Əski İqrığ | |
|---|---|
| 41°19′17″ şm. e. 48°30′41″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Quba rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 695 m |
| Əhalisi | |
| Əhalisi | 356 (2009) nəfər |
| Əski İqrığ | |
Əski İqrığ və ya Əski İqriq — Azərbaycan Respublikasının Quba rayonunun Quba şəhər inzibati ərazi dairəsində kənd.
Toponimikası
Əski İqrığ oyk, mür. Qusar maili düzənliyindədir. Oykonim əski (köhnə, qədim) və İqrığ (kənd adı) komponentlərindən düzəlib "köhnə İqrığ kəndi" deməkdir.
Turizmi
Kənddə beşulduzlu "Quba Palace Azerbaijan"' oteli fəaliyyət göstərir. Otelin tikintisinə 2011-ci ilin aprelində başlanmış, açılışı 20 dekabr 2013-cü ildə olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Otel kompleksi yeddimərtəbəli əsas binadan, 16 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsində və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 210 hektar ərazini əhatə edir. Oteldə tennis kortu, voleybol, basketbol, mini futbol sahələri və ərazisi 68 hektar olan qolf sahəsi də yaradılmışdır. Villalar 7 otaqdan ibarətdir.
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 356 nəfər əhali yaşayır.
Həmçinin bax
- Quba rayonu
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Quba rayonu qaralamaları
- Quba rayonunun kəndləri