| Əyrivəng kilsəsi | |
|---|---|
| |
| Ölkə | |
| Şəhər | Gədəbəy |
| Yerləşir | Əyrivəng çayının sahili |
| Aidiyyəti | Alban Həvari Kilsəsi |
| Tikilmə tarixi | IX-X əsrlər |
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı | |
| İstinad nöm. | 4255 |
| Kateqoriya | Məbəd |
| Əhəmiyyəti | Yerli əhəmiyyətli |
| 40°31′04″ şm. e. 45°35′25″ ş. u.HGYO | |
![]() | |
![]() Əyrivəng kilsəsi | |
Kilsənin planı | |
Əyrivəng kilsəsi — Gədəbəy rayonunun Əyrivəng kəndində yerləşən IX–X əsrlərə aid xristian məbədi. Əyriçayın sol sahilindəki meşə örtüklü hündür təpənin üstündə yerləşən məbəd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli abidə kimi qeydiyyata alınmışdır.
Orta ölçülü əsas ibadət zalı nalvari apsidaya malikdir. Kilsə binasının əsas özəlliklərindən biri də onun qərb tərəfinə inşa edilmiş 1.15 x 2.60 metr ölçüyə malik iki yan otaqdır. Onlar kilsənin əsas ibadət zalı ilə kiçik qapı yerləri vasitəsilə əlaqələndirilmişlər.
Kilsə və narteks demək olar ki, yonulmamış kobud çay daşlarından, əhəng məhlulu istifadə etməklə və horizontal xətlər gözlənilmədən inşa edilmişdir. Pəncərə yerləri haşiyəsizdir. Karniz bir qədər kənara çıxan düzbucaqlı daş cərgəsindən ibarətdir.
Memarlıq xüsusiyyətləri
Məbədin vəziyyəti qəzalıdır: dam örtüyü dağılmış, divarlarının bir hissəsi isə uçmuşdur. Orta ölçülü (7.50 x 3.70 metr) əsas ibadət zalı nalvari apsidaya (3.20 metr) malikdir. Kilsə binasının əsas özəlliklərindən biri də onun qərb tərəfinə inşa edilmiş 1.15 x 2.60 metr ölçüyə malik iki yan otaqdır. Onlar kilsənin əsas ibadət zalı ilə kiçik qapı yerləri vasitəsilə əlaqələndirilmişlər. Məbədin yeganə giriş qapısı qərb divarında yerləşir və narteksə açılır. Abidənin narteks hissəsi ehtimal ki, daha sonrakı dövrə aiddir.
Kilsə və narteks demək olar ki, yonulmamış kobud çay daşlarından, əhəng məhlulu istifadə etməklə və horizontal xətlər gözlənilmədən inşa edilmişdir. Kilsə divarları 110 sm, narteksin divarları isə 98 sm qalınlığa malikdir. Qafqaz Albaniyası memarlığına məxsus digər erkən orta əsrlər abidələri kimi Əyrivəng kilsəsi də dekorativ urban elementlərindən məhrumdur. Pəncərə yerləri haşiyəsizdir. Karniz bir qədər kənara çıxan düzbucaqlı daş cərgəsindən ibarətdir.
Ədəbiyyat
- Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
- Xəlilov, M.C. Albaniyanın xristian abidələri (IV–X əsrlər). Bakı. 2011. (#accessdate_missing_url)
Həmçinin bax
- Qafqaz Albaniyasının memarlığı
- Əlifba sırasına görə tarixi abidələr
- Alban kilsələri
- Gədəbəy rayonunun abidələri
- IX əsrə aid kilsələr
- X əsrə aid kilsələr



