Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əzəli Əssumani (ərəb. غزالي عثماني‎; fr. Azali Assoumani; 1 yanvar 1959, Mitsudje[d], Qrand Komor) — Komor adalarının sabiq Prezidenti (2002–2006 və 2016–2019).

Əzəli Əssumani

  • Ana Səhifə
  • Əzəli Əssumani

Əzəli Əssumani (ərəb. غزالي عثماني‎; fr. Azali Assoumani; 1 yanvar 1959, Mitsudje[d], Qrand Komor) — Komor adalarının sabiq Prezidenti (2002–2006 və 2016–2019).

Əzəli Əssumani
  • ərəb. غزالي عثماني‎
  • fr. Azali Assoumani
Komor adalarının Prezidenti
26 may 2016 – 13 fevral 2019
Əvvəlkiİkililu Duanin
26 may 2002 – 26 may 2006
ƏvvəlkiHamada Madi (müvəqqəti)
SonrakıƏhməd Abdulla Məhəmməd Səmbi
30 aprel 1999 – 21 yanvar 2002
ƏvvəlkiTacəldin bin Səid Məsundi
SonrakıHamada Madi (müvəqqəti)
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1959 (67 yaş)
Doğum yeri
  • Mitsudje[d], Qrand Komor, Komor adaları
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Həyat yoldaşı Ambari Daruyeş
Dini İslam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

15 may 2016-cı ildə Konstitusiya Məhkəməsi tərəfindən 2016-cı il prezident seçkilərində Prezident İkililu Duaninin xələfi olaraq qalib elan edildi.

Mündəricat

Həyatı

Əzəli 1959-cu ildə Qrand Komorun cənub-qərbində Mitsudje şəhərində anadan olub. 1999-cu ildə hökuməti devirərək iyirmi illik hərbi karyerasında ən böyük nailiyyətini qazandı. 1977–1980-ci illərdə Mərakeşdə Kral Hərbi Akademiyasında təhsil almış və paraşütçü ixtisasına yiyələnmişdir. Komorlara qayıtdıqdan sonra Komor adaları Silahlı Qüvvələrinə qatıldı. Abdullanın vəfatı və muzdlu döyüşçülərin 1989–1990-cı illərdə ölkədən getməsindən sonra mayor Əzəli Komor adaları Silahlı Qüvvələrində baş zabit oldu. 1996-cı ildə fransız hərbi akademiyalarının birində təhsil aldı, Milli İnkişaf Ordusunun polkovniki və Baş qərargah rəisi vəzifəsinə yüksəldi.

Fəaliyyəti

2018-ci ilədək prezident postu hər beş ildən bir ölkənin üç adası: Qrand Komor, Anjuan və Mohelidən olan şəxslər arasında ötürülür. 2018 konstitusiya referendumu bu sistemi sona çatdırdı və Əzəlinin səsverməni 60.7% səslə ilk turunda qazandığı 2019 Komor adaları prezident seçkilərində iştirak etməsinə icazə verdi. 2019-cu ilin aprelində postuna yenidən təyin olundu.

2022-ci ilin may ayında Azali Assoumani Mərakeşin Komor adalarındakı səfirliyindən Afrika kubokunun Kontinental fərqlənmə mükafatını aldı.

7 avqust 2024-cü ildə Azali Assoumani oğluna və ehtimal edilən varisi Nur El Fəthə geniş səlahiyyətlər verdi və ona hökumətin qərar vermə prosesinin bir neçə mərhələsində müdaxilə etməyə imkan verdi.

Həmçinin bax

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 04, 2026

    Virtual reallıq

  • Mart 28, 2026

    Uzundərə (rəqs)

  • Mart 28, 2026

    Simarə İmanova

  • Mart 29, 2026

    Vitaminlər

  • Mart 26, 2026

    Nehrəm

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst