Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Çələbilər — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Dağ Tumas kənd inzibati ərazi dairəsində kənd.

Çələbilər (Cəbrayıl)

39°23′18″ şm. e. 46°49′43″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Çələbilər
39°23′18″ şm. e. 46°49′43″ ş. u.HGYO
Ölkə  Azərbaycan
İqtisadi rayon Şərqi Zəngəzur iqtisadi rayonu
Rayon Cəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü təqribən 916 m
Əhalisi
Əhalisi 121 nəfər (1933)
Çələbilər xəritədə
Çələbilər
Çələbilər

Çələbilər — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Dağ Tumas kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası

Azərbaycan toponimlərinin ensiklopedik lüğətinə əsasən, "Çələbilər" toponimi etnotoponimdir. Bərdə rayonunun tərkibində də Çələbilər adında kənd var. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti İranda Çələbi, Krımda Çelebiler (Plodova), Rusiyada Çelyaba (Çelyabinsk) adlı yaşayış məntəqələrinin adlarını da sadalayır.

Coğrafiyası

Çələbilər kəndi rayon mərkəzindən — Cəbrayıl şəhərindən 25 km qərbdə, Qarabağ silsiləsinin cənub-qərb ətəyində, təqribən 916 m hündürlükdə yerləşir.

Tarixi

Sovet dövründən qabaq

1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisinin statistik məlumatlar məcmuəsinə əsasən, Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının III sahəsinin Tumaslı kənd cəmiyyətinin tərkibində Çələbilər (i.ə.rus orf. Челабиляръ) kəndi qeyd olunurdu.

Sovet dövründə

A.S.Ş.C. Xalq Təsərrüfat Uçotu İdarəsi (Az. XTUİ) tərəfindən 1933-cü ildə dərc edilmiş "ASŞC inzibati bölünüşü"nə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Cəbrayıl rayonunun Dağtumas kənd şurasının tərkibində Çələbilər məskun yeri qeyd olunurdu.

Azərbaycan SSR 1961-ci il üçün olan vəziyyətə görə tərtib edilmiş inzibati ərazi bölgüsündə Cəbrayıl rayonunun tərkibində Çələbilər adında yaşayış məntəqəsi qeyd olunmur. Azərbaycan SSR 1977-ci il üçün olan vəziyyətə görə tərtib edilmiş inzibati ərazi bölgüsündə də Cəbrayıl rayonunun tərkibində Çələbilər adında yaşayış məntəqəsi qeyd olunmur.

Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Çələbilər kəndi Dağ Tumas kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.

Qarabağ münaqişəsi dövründə

Birinci Qarabağ müharibəsi dövründə Cəbrayıl rayonunun əraziləri 23 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Rayonun Çələbilər kəndi 1993-cü ilin avqust ayında işğal olunmuşdu.

İkinci Qarabağ müharibəsi zamanı, 26 oktyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Çələbilər kəndinin işğaldan azad edildiyini elan etmişdi.

Müasir dövrdə

7 iyul 2021-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Çələbilər kəndindən videogörüntülər paylaşmışdı.

Əhalisi

1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisinin statistik məlumatlar məcmuəsinə əsasən, Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının III sahəsinin Tumaslı kənd cəmiyyətinin tərkibində Çələbilər (i.ə.rus orf. Челабиляръ) kəndində 7 tüstü var idi və burada 59 azərbaycanlı (mənbədə "tatarlar" kimi göstərilmiş), dini baxımdan sünni olan əhali yaşayırdı. Əhalinin 31 nəfəri ruhani, qalanları kəndli idi.

A.S.Ş.C. Xalq Təsərrüfat Uçotu İdarəsi (Az. XTUİ) tərəfindən 1933-cü ildə dərc edilmiş "ASŞC inzibati bölünüşü"nə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Cəbrayıl rayonunun Dağtumas kənd şurasına daxil olan Çələbilər məskun yerində 19 təsərrüfat və 121 sakin var idi. Kənd şurasının bütün əhalisi azərbaycanlılardan (mənbədə "türklər" kimi göstərilmiş) ibarət idi.

Azərbaycan Milli Ensiklopediyasına əsasən, 2011-ci ildə Çələbilər kəndində 27 nəfər əhali qeydiyytda idi.

İqtisadiyyatı

İşğaldan — 1993-cü ilin avqustundan əvvəl, kəndin əhalisi heyvandarlıq və taxılçılıqla məşğul olurdu.

Tarixi abidələri

Çələbilər məscidi — Cəbrayıl rayonunun Çələbilər kəndi ərazisində tikintisi XVI əsrə aid olan əzəmətli məsciddir. Bu məscid Məhəmməd İbn Hacı Qaraman Əhmədli tərəfindən hicri 1088, miladi 1678-ci ildə tikilmişdi. Dini və dünyəvi elmlərin tədris edildiyi bu məscid-mədrəsədə ən böyük din xadimləri, alimlər dərs demişdilər. XVIII əsr məşhur Azərbaycan klassik şairi Molla Vəli Vidadi də orada dərs demişdi. Məscid kompleksi ərazisində tədris üçün xüsusi otaqlar, hücrələr var idi. İşğaldan əvvəl məscid-mədrəsə kompleksi yüksək səviyyədə bərpa olunub, ilkin formasına gətirilmişdi.

Həmçinin bax

Çələbilər məscidi

Üst