| Çaykənd | |
|---|---|
| 39°46′50″ şm. e. 46°35′44″ ş. u.HGYO | |
| Ölkə |
|
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Şuşa rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Çaykənd | |
Çaykənd — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Çaykənd kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çaykənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Toponimikası
Yaşayış məntəqəsi çay kənarında yerləşdiyinə görə Çaykənd adlandırılmışdır.
Tarixi
Coğrafiyası və iqlimi
Kənd dağətəyi ərazidə yerləşir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Şuşa rayonu qaralamaları
- Şuşa rayonunun kəndləri

