Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Nəbilər — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd.

Nəbilər (Şuşa)

39°43′40″ şm. e. 46°43′17″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Nəbilər
39°43′40″ şm. e. 46°43′17″ ş. u.HGYO
Ölkə  Azərbaycan
İqtisadi rayon Qarabağ iqtisadi rayonu
Rayon Şuşa rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü təqribən 1240 m
Xəritəni göstər/gizlə
Nəbilər xəritədə
Nəbilər
Nəbilər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

NəbilərAzərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd.

Coğrafiyası

Həsənqulular kəndi təqribən 1240 m hündürlükdə yerləşir.

Tarixi

Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun faktiki mövcud olan Nəbilər kəndi Daşaltı kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, həmin Qərarla Zarıslı kəndi Daşaltı kənd Sovetindən ayrılaraq, Zarıslı kəndi mərkəz olmaqla Zarıslı kənd Soveti yaradılmış, Nəbilər kəndi Daşaltı kənd Sovetindən Zarıslı kənd Sovetinin tərkibinə verilmişdi.

1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsinin nəticəsinində kəndin ərazisi erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi.

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, 2020-ci ilin 9 noyabrdan 10 noyabra keçən gecə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Nəbilər kəndinin ərazisi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.

19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində kəndin ərazisi Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.

Həmçinin bax

Üst