Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Çimnaz Aslanova (tam adı: Çimnaz Əbdüləli qızı Aslanova; 1904, Mərdəkan, Bakı quberniyası – 10 mart 1970, Bakı) — Azərbaycan dövlət və ictimai xadimi, Azərbayca

Çimnaz Aslanova

Vikipediya, azad ensiklopediya
Çimnaz Aslanova
Çimnaz Əbdüləli qızı Aslanova
SSRİ Ali Soveti Millətlər Soveti sədrinin müavini
1946 – 1958
Şəxsi məlumatlar
Doğum tarixi 1904(1904)
Doğum yeri
Vəfat tarixi 10 mart 1970(1970-03-10) (65–66 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • II Fəxri Xiyaban
Milliyyəti azərbaycanlı
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti siyasətçi
Təltifləri "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni — 1946 "Əmək igidliyinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çimnaz Aslanova (tam adı: Çimnaz Əbdüləli qızı Aslanova; 1904, Mərdəkan, Bakı quberniyası – 10 mart 1970, Bakı) — Azərbaycan dövlət və ictimai xadimi, Azərbaycan SSR Ali Sovetinin I–IV çağırış deputatı.

Həyatı

Çimnaz Aslanova 1904-cü ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1948-ci ildə isə Moskvada Ali Partiya Məktəbini bitirmişdir. On altı yaşından Azərbaycanda savadsızlığın ləğvi uğrunda mübarizəyə qoşulmuşdur.

Fəaliyyəti

  • 1938–39-cu illər — Bakı xalq maarifi şöbəsinin müdiri
  • 1939–43-cü illər — Azərbaycan SSR İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin sədri
  • 1943–48-ci illər — AK(b)P MK-da məktəblər şöbəsinin müdiri
  • 1951–52-ci illər — Azərbaycan SSR maarif nazirinin müavini
  • 1952–56-cı illər — AK(b)P MK-da qadınlar arasında iş aparan şöbənin müdiri
  • 1956–58-ci illər — Partiya orqanları şöbəsi müdirinin müavini
  • 1958-ci ildə — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti mükafat şöbəsinin müdiri
  • 1946–58-ci illər — SSRİ Ali Soveti Millətlər Soveti sədrinin müavini, SSRİ Ali Sovetinin (1–4-cü çağırış) deputatı olmuşdur.

Mükafatları

  • "Lenin" ordeni
  • "Qırmızı əmək bayrağı" ordeni

Həmçinin bax

  • Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatlarının siyahısı
Üst