Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çobankərə kəndi Xatunarx kəndindən 3 km aralıdır. Kəndlər Eçmiədzin rayonuna daxil idi, lakin 1937-ci ildən sonra Ermənistanın Zəngibasar rayonunun tabeliyinə v

Çobankərə (Zəngibasar)

  • Ana Səhifə
  • Çobankərə (Zəngibasar)

Çobankərə — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd.

Çobankərə
40°06′57″ şm. e. 44°19′10″ ş. u.HGYO
Ölkə
  •  SSRİ
Əhalisi
Əhalisi
  • 5.000 nəf. (1918)
Xəritəni göstər/gizlə
Çobankərə xəritədə
Çobankərə
Çobankərə

Mündəricat

Tarixi

Çobankərə kəndi Xatunarx kəndindən 3 km aralıdır. Kəndlər Eçmiədzin rayonuna daxil idi, lakin 1937-ci ildən sonra Ermənistanın Zəngibasar rayonunun tabeliyinə verildi.

Çobanqara — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad rayonu (Oktemberyan rayonu) ərazisində kənd. Zəngiçay ilə Qarasuçay arasında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930-cu ildə ləğv edilmişdir.

Toponim çobankərə türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi

Böyük Çobankərə kəndində 1918-ci ildə 5000 nəfər olmuşdur. Daşnakların soyqırım siyasətinin ilk qurbanlarından biri də bu kənd olmuşdur. Dro və Andranikin əmri ilə daşnak qoşunu kənddə fəlakət törətmiş, uşağa, böyüyə, qadına rəhm etmədən qırmışlar. 1922-ci ildə kəndə 66 nəfər dönmüşdür.

Toponimiyası

Kənd qazaxların 159 ailədən ibarət Çobankərə tayfasının məskunlaşması nəticəsində yaranmışdır. İranda Qaşqay tayfa birləşməsinin Çuban Kara qolu ilə mənşəcə eyni olan Çobankərə tayfası qədim türk mənşəli Kəngər-peçeneqlərin Çupan tayfasından ibarətdir. X əsrə aid mənbədə Cənub-şərqi Avropada yaşayan kənqər-peçeneqlərin bir qolu Çupan kimi qeyd olunmuşdur. Bu tayfa peçeneqlərin Çor (Çur), Göyərçin, Kapan (Qapan), Karabaq, Kola (Kula) tayfaları (yenə orada) içərisində daha nüfuzlu el kimi səciyyələnir. Peçeneqlərin, o sıradan Çobanqaraların Cənubi Qafqazda məskunlaşması eranın ilk əsrlərində hunların gəlməsi ilə bağlı olmuşdur. Erkən orta əsrlərdə İranda Şaban- Kərə qalasının adı ilə Çobankərə etnoniminin eyniliyi diqqəti cəlb edir. XI əsr müəllifi Nizamülmülük (bax: Siyasətnamə, s. 98) İranda yaşayan bir elin Şabankarələr adlandığını yazmışdır. Etnonimdəki "çoban" sözünün Azərbaycan dilindəki "çoban" sözü (qədim fars dilində fşupana "heyvan saxlayan, qoruyan", məsələn, farsca mərzban — "sərhəd qoruyan", sarvan — "dəvə qoruyan" və s. kimi) sözü ilə əlaqəsi yoxdur.

Görkəmli şəxsiyyətləri

  • Adcoş Əliyeva — aqronom, Sosialist Əməyi Qəhrəmanı.
  • Budaq Budaqov — coğrafiyaçı, publisist, coğrafiya elmləri doktoru (1967), professor (1969), Azərbaycan EA həqiqi üzvü (1989), AMEA H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun direktoru.
  • Vəliyev Nəriman Adil oğlu — professor.
  • Hatəm Cabbarlı — Siyasi elmlər doktoru
  • Vəzir Abışov — Kimyaçı alim
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 03, 2026

    Naxçıvan MSSR

  • Aprel 02, 2026

    Qərbi Asiya

  • Mart 31, 2026

    Tahir İmanov

  • Aprel 06, 2026

    Troyekurov qəbiristanlığı

  • Aprel 25, 2026

    Məzdəkilər hərəkatı

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst