Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

𐕉 (səslənməsi /tɕ/, transkripsiyası Ć, ć) — Alban əlifbasının 26-cı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ցոյ (Cʿoy) kimi verilmişdir. Bu qraf

Çoy (hərf)

Vikipediya, azad ensiklopediya
Alban əlifbası

Matenadaran MS 7117 versiyası

Sinay palimpsestləri versiyası
Noto Sans Caucasian Albanian fontunda
Səslənməsi/tɕ/
Rəqəm dəyəri800
Unicode ünvanıU+10549
Alban əlifbası
𐔰 𐔱 𐔲 𐔳 𐔴 𐔵 𐔶
Alt Bet Gim Dat Eb Zarl Eyn
𐔷 𐔸 𐔹 𐔺 𐔻 𐔼 𐔽
Jil Tas Ça Yud Ja İrb Şa
𐔾 𐔿 𐕀 𐕁 𐕂 𐕃 𐕄
Lan İnya Xeyn Dyan Çar Djox K'ar
𐕅 𐕆 𐕇 𐕈 𐕉 𐕊 𐕋
Lyit Heyt Qay Aor Çoy Çi Çyay
𐕌 𐕍 𐕎 𐕏 𐕐 𐕑 𐕒
Maq Q'ar Nuts Cyay Şak Cayn On
𐕓 𐕔 𐕕 𐕖 𐕗 𐕘 𐕙
Tyay Fam Cay Çat Pen Ğeys Rat
𐕚 𐕛 𐕜 𐕝 𐕞 𐕟 𐕠
Seyk Veyz Tüyr Şoy Ün Çyau Tsayn
    𐕡 𐕢 𐕣    
    Yayd Püyr Küy    

𐕉 (səslənməsi /tɕ/, transkripsiyası Ć, ć) — Alban əlifbasının 26-cı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ցոյ (Cʿoy) kimi verilmişdir. Bu qrafemin ermənicə adının oxunması mütəxəssislər arasında fikir ayrılığına səbəb olub. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adı "Ćoy" olmalıdır, çünki tərkibində bu hərf olan bəzi Qafqaz alban sözlərinin udi ekvivalentlərində "č̣" hərfinə çevrilmişdir. Tədqiqatçılar bunun üçün üz mənasına gələn alb. 𐕉𐔰 (ća) və udi č̣o sözünü nümunə gətirmişdir. Erməni tədqiqatçı Aşot Abramyan isə düşünürdü ki, bu hərfin düzgün transkripsiyası ö olmalıdır. Sergey Murayevin fikrincə isə Y hərfinin bir forması idi. Georgi Klimov bu hərfin nə formasını, nə də mənasını başa düşməyib.

Üst