Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Üzeyir Mehdizadə 19 may 1990-cı ildə Bakı şəhərində anadan olub. Onun atası Bəxtiyar Mehdizadə 1963-cü ildə Lənkəran rayonunun Şağlaküçə kəndində anadan olub.

Üzeyir Mehdizadə

  • Ana Səhifə
  • Üzeyir Mehdizadə

Üzeyir Bəxtiyar oğlu Mehdizadə (19 may 1990) — Azərbaycanlı bəstəkar-müğənni, meyxanaçı.

Üzeyir Mehdizadə
Ümumi məlumatlar
Doğum tarixi 19 may 1990(1990-05-19) (35 yaş)
Atası Bəxtiyar Mehdizadə
Anası Mehparə Mehdizadə
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, müğənni, mahnı yazarı[d], söz yazıçısı[d], bəstəkar, aranjimançı[d], musiqi prodüseri
music.uzeyir.az

Mündəricat

Həyatı və yaradıcılığı

Üzeyir Mehdizadə 19 may 1990-cı ildə Bakı şəhərində anadan olub. Onun atası Bəxtiyar Mehdizadə 1963-cü ildə Lənkəran rayonunun Şağlaküçə kəndində anadan olub.

1995-ci ildə 114 nömrəli məktəbdə 1-ci sinfə gedib. 2008-ci ildə "Gəl yarına" adlı albomu işıq üzü görmüşdür. 2009-cu ildə isə artıq öz şəxsi studiyasını yaratmış və studiyanın ilk işi olan "O mənim olmalıdır" albomunu ərsəyə gətirmişdir.

2010-cu ildə "O, olmasa neynəyərəm" albomu dinləyicilərə təqdim edilib. 2015-ci ildə isə "Əlvida keçmişim", "Dostum", "Onsuz da bəxti qarayam", "Səndən ötrü", "Bunu da örgənəcən" adlı mahnıları daşıyan albomu ilə rekord baxış sayı qazanıb. 2016-cı ildə də Moskvada "Club Arena Star"-da konsert verib. "Ay ölmüş" mahnısı isə 2016-cı ilin ən populyar mahnısı olub.[mənbə göstərilməlidir]

2014-cü ildə ifa etdiyi və yalnız bir şəkil üzərində olan "Yaxşı olar" mahnısı qısa müddətdə dinləyənlərin rəğbətini qazanmışdır, həmçinin 50 milyondan artıq baxış sayı olan musiqiyə 10 iyun 2018-ci ildə (musiqinin 4 illiyinə) "Yaxşı olar" klipi də çəkilmişdir.

Üzeyir Mehdizadə dünyanın bir çox ölkə və şəhərlərində konsertlər vermişdir, bunlardan Türkiyəni,[mənbə göstərilməlidir] Almaniyanı,[mənbə göstərilməlidir] Rusiyanı,[mənbə göstərilməlidir] Özbəkistanı,[mənbə göstərilməlidir] Qazaxıstanı,[mənbə göstərilməlidir] Ukraynanı [mənbə göstərilməlidir] və.s qeyd etmək olar.

Üzeyir Mehdizadə 2018-ci ildə ailə həyatı qurmuşdur.

Ailəsi

Atası Bəxtiyar Mehdizadə 1963-cü ildə anadan olub. 1985-ci ildə ailə qurub. Anası Mehparə Məmməd qızı Mehdizadə 2008-ci ildə ürək tutmasından vəfat edib. Üzeyirin 1 bacısı var. Evlidir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Əfsanə

  • Mart 26, 2026

    Pakistan

  • Mart 26, 2026

    Çingiz Mustafayev

  • Mart 31, 2026

    Cəmilə Bayramova

  • Mart 30, 2026

    Arı

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst