Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İsa Əli oğlu Nəcəfov (28 mart 1952, Oğlanqala, Noraşen rayonu) — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2002-ci ildən

İsa Nəcəfov

Vikipediya, azad ensiklopediya
İsa Nəcəfov
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi
Vəzifədədir
22 mart 2002-ci ildən
Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini
24 mart 1995 – 21 aprel 2000
Baş prokurorEldar Həsənov
ƏvvəlkiEldar Həsənov
SonrakıRamiz Rzayev
Naxçıvan Muxtar Respublikasının prokuroru
1993 – 1995
ƏvvəlkiƏjdər Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 28 mart 1952(1952-03-28) (74 yaş)
Doğum yeri
Təhsili
  • Bakı Dövlət Universiteti
Rütbəsi
III dərəcəli dövlət ədliyyə müşaviri

Təltifləri "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı — 2018
"Şöhrət" ordeni — 2022 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 2019 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024

İsa Əli oğlu Nəcəfov (28 mart 1952, Oğlanqala, Noraşen rayonu) — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2002-ci ildən), Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini (1995–2000), III dərəcəli dövlət ədliyyə müşaviri (1995), Azərbaycan Respublikasının əməkdar hüquqşünası (2018).

Həyatı

İsa Nəcəfov 28 mart 1952-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndində anadan olub. 1970–1972-ci illərdə Sovet Ordusunda hərbi xidmətdən keçib. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1979-cu ildən başlayan İsa Nəcəfov həmin ildən 1993-cü ilədək Azərbaycan Respublikası Prokurorluq orqanlarında müstəntiq, mühüm işlər üzrə müstəntiq, prokuror köməkçisi, şöbə prokuroru, idarə prokuroru vəzifələrində İşləyib. 1993-cü ildən 1995-ci ilədək Naxçıvan Muxtar Respublikasının Prokuroru, 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini vəzifələrində işləyib.

22 mart 2002-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir.

6 aprel 2012-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə yenidən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir.

İki kitab müəllifidir. Yaxın Şərqin və Yunanıstanın tanınmış filosofları: M. T. Siseronun, Platonun, Ə. H. Qəzzalinin, Eynəlgüzad Həmadinin, Əl- Fərabinin, Mənsur Həllacın, Sərrac Tusinin, Əl-Kindinin, İbn-Sinanın və b. ərəb, fars, yunan və rus dilində olan əsərlərinin azərbaycan dilinə tərcümə və nəşr olunmasını təşkil etmişdir.

Ailəlidir, iki övladı var.

10 iyul 2018-ci ildə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə "Əməkdar hüquqşünas" fəxri adına layiq görülmüşdür.

Üst