Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

"Vostok" — Yer kürəsi ətrafı orbitdə uçuşlar üçün nəzərdə tutulmuş "Vostok" seriyasından olan birpilotlu kosmik gəmilər üçün sovet kosmik proqramıdır. Onun sına

Vostok proqramı

Vikipediya, azad ensiklopediya

"Vostok" — Yer kürəsi ətrafı orbitdə uçuşlar üçün nəzərdə tutulmuş "Vostok" seriyasından olan birpilotlu kosmik gəmilər üçün sovet kosmik proqramıdır. Onun sınaqdan keçirilməsi zamanı kosmonavt Yuri Alekseyeviç Qaqarin 1961-ci il aprelin 12-də "Vostok-1" gəmisində kosmosa uçan ilk insan olmuşdur.

Tarixi

1957-ci ilin yazında Sergey Korolyov öz BKT çərçivəsində yerin ilk süni peyklərinin yaradılması üzrə işlərin aparılması üçün 9 saylı xüsusi şöbəni təşkil edir. Şöbənin başçısı Korolevin silahdaşı Mixail Klavdiyeviç Tixonravov seçilir. Tezliklə süni peyklərin yaradılması ilə yanaşı, şöbədə pilotlu peyk-gəminin yaradılması məsələsi üzrə tədqiqatlar aparılmağa başlandı. Raket daşıyıcı korolevski “R-7” olmalı idi. Hesablamalar göstərdi ki, o, üçüncü pillə ilə təhciz olunmaqla aşağı Yer kürəsi ətrafı orbitə 5 tona qədər yük apara bilər. Pilotlu gəminin yaradılması işləri atmosferdə eniş, etibarlı istilik müdafiəsi, yüksək səsli aerodinamika və s. kimi yeni sahələrin dərindən öyrənilməsini tələb edirdi.

Vistok proqramının uçuşları

  • Vostok-1
  • Vostok-2
  • Vostok-3
  • Vostok-4
  • Vostok-5
  • Vostok-6
Üst