Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İsalı kəndi inzibati ərazi vahidinə daxil olan kəndlər. İsalı kəndi, Cücənli kəndi, Çaykənd kəndi, Mutudərə kəndi, Dördlər kəndi, Qasımağalı və Hasanağalı kənlə

İsalı (Gədəbəy)

40°38′09″ şm. e. 45°27′58″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya

İsalı kəndi inzibati ərazi vahidinə daxil olan kəndlər. İsalı kəndi, Cücənli kəndi, Çaykənd kəndi, Mutudərə kəndi, Dördlər kəndi, Qasımağalı və Hasanağalı kənlərindən ibarətdir.

İsalı
40°38′09″ şm. e. 45°27′58″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Gədəbəy rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 337 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ2128
Xəritəni göstər/gizlə
İsalı xəritədə
İsalı
İsalı

İsalıAzərbaycan Respublikasının Gədəbəy rayonunun İsalı kənd inzibati ərazi dairəsində kənd. Axınca çayının sahilində, Şahdağ silsiləsinin ətəyindədir.

Tarixi

Toponimikası

Axınca çayının sahilində, Şahdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, XIX əsrin ortalarında Qazax qəzasının Qıraq Salahlı kəndindən İsa adlı şəxs bir qrup ailə ilə birlikdə Gədəbəyə qaçmış və Qızıltorpaq adlı yerdə məskunlaşmışdı. Bir qədər sonra oraya köçürülən ruslar Saratovka və İvanovka kəndlərini yaratdılar. İsa isə öz övladları ilə oranı tərk edərək indiki kəndin ərazisində məskunlaşmış və yeni yaranmış yaşayış məntəqəsi də onun adı ilə adlandırılmışdı. Kəndin əhalisinin böyük əksəriyyəti İsanın oğullarının nəsilləridir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 337 nəfər əhali yaşayır.

İqtisadiyyatı

  • Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax

Üst