| İsay Abramaşvili | ||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| | ||||||||||||||||||||||||||||||||||
| Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||
| Tam adı | İsay Aleksandroviç Abramaşvili | |||||||||||||||||||||||||||||||||
| Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||
| Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | |||||||||||||||||||||||||||||||||
| Vəfat tarixi | ||||||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı | | |||||||||||||||||||||||||||||||||
| Mövqeyi | yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||
| Karyerası | ||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||
İsay Abramaşvili (rus. Исай Александрович Абрамашвили ; 13 sentyabr 1920, Bakı, Azərbaycan SSR, SSRİ — 1964) — sovet futbolçusu, yarımmüdafiəçi. Azərbaycan SSR əməkdar məşqçisi.
Həyatı
İsay Abramaşvili 13 sentyabr 1920-ci ildə Bakı şəhərində anadan olub. 20 avqust 1941-ci ildə Qızıl Ordu sıralarına çağırılıb.
1941-ci ilin noyabr ayından, 1942-ci ilin iyul ayına kimi 8-ci dəniz piyada briqadasının tərkibində Sevastopolun müdafiəsində iştirak edib. 1942-ci il iyulun 4-dən 1945-ci il avqustun 9-dək əsirlikdə olub. "Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilib.
1949-cu ildən 1951-ci ilədək və 1954-cü ildən 1955-ci ilədək Bakının "Neftyanik", 1952-ci ildə Moskvanın "VVS", 1953-cü ildə isə Leninqradın "Dinamo" komandasında çıxış edib.
Oyunçu karyerasını bitirdikdən sonra Sumqayıtın "Metallurq" və Kirovabadın "Dinamo" klublarında məşqçi kimi çalışıb.
- 13 sentyabrda doğulanlar
- 1920-ci ildə doğulanlar
- 1964-cü ildə vəfat edənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə futbolçular
- Əlifba sırasına görə futbol məşqçiləri
- Futbolçu qaralamaları
- Bakıda doğulanlar
- SSRİ futbolçuları
- Neftçi PFK futbolçuları
- SSRİ futbol məşqçiləri
- Azərbaycan SSR əməkdar məşqçiləri
- Kəpəz PFK məşqçiləri
- Azərbaycan gürcüləri